“Çelsi”dən darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında lider “Liverpul” səfərdə “Kristal Pelas”la qarşılaşıb və 7 cavabsız qola sevinib. “Mançester Siti” bu turda “Sauthempton”un qonağı olub və minimal hesabla qalib gəlib.

Son turlarda uğursuz çıxış edən “Arsenal” bu dəfə çətin “Everton” səfərinə yollanıb. London təmsilçisi bu oyundan da məğlub ayrılıb. “Nyukasl” – “Fulhem” matçında isə qalib müəyyənləşməyib.

Bazar günü daha dörd görüş baş tutub. “Brayton” – “Şeffild Yunayted” matçında qalib müəyyənləşməyib.

“Tottenhem” doğma meydanda “Lester”ə məğlub olub. “Mançester Yunayted” isə “Lids”lə ev oyununda darmadağına sevinib. “Aston Villa” da səfərdə “Vest Bromviç”ə böyük hesabla qalib gəlib.

Sonuncu oyun günündə səfərdə “Bernli” ilə qarşılaşan “Vulverhempton” məğlubiyyətə üzülüb. “Çelsi” isə doğma meydanda “Vest Hem”ə böyük hesabla qalib gəlib.

İngiltərə Premyer Liqası, 14-cü tur

19 dekabr

Kristal Pelas – Liverpul 0:7
Qol
: Minamino, 3. Mane, 35. Firmino, 44; 68. C.Henderson, 52. Salah, 81; 84.

Sauthempton – Mançester Siti 0:1
Qol
: Sterlinq, 16.

Everton – Arsenal 2:1
Qol
: Holdinq, 22-öz qapısına. Mina, 45 – Pepe, 35-pen..

Nyukasl – Fulhem 1:1
Qol
: Uilson, 64-pen – Ritçi, 42-öz qapısına.

20 dekabr

Brayton – Şeffild Yunayted 1:1
Qol
: Uelbek, 87 – Boqle, 63.

Tottenhem – Lester 0:2
Qol
: Vardi, 45+4-pen. Alderveyreld, 59-öz qapısına.

Mançester Yunayted – Lids 6:2
Qol
: Maktominay, 2; 3. B.Fenandes, 20; 70-pen. Lindelöf, 37. D.Ceyms, 66 – Kuper, 41. Dallas, 73.

Vest Bromviç – Aston Villa 0:3
Qol
: El-Qazi, 5; 87-pen. Traore, 84.

21 dekabr

Bernli – Vulverhempton 2:1
Qol
: Barnes, 35. Vud, 51 – F.Silva, 89-pen.

Çelsi – Vest Hem 3:0
Qol
: T.Silva, 10. Abraham, 78; 80.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 13 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button