“Nyukasl” “Aston Villa”ya da uduzdu

Bu gün İngiltərə Premyer Liqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Açılış matçında baş məşqçi postuna Joze Mourinyonu gətirən “Tottenhem” “Vest Hem”in qonağı olub. Portuqaliyalı mütəxəssis debüt matçında çətin qələbəyə sevinib.

“Arsenal” bu turda “Sauthempton”u, “Liverpul” isə “Kristal Pelas”ı sınağa çəkib. London klubu xal itirdiyi halda, Premyer Liqanın lideri turu qələbə ilə başa vurub. Turun mərkəzi görüşündə “Mançester Siti” “Çelsi” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin əzmkar qələbəsiylə bitib.

Bazar günü bir görüş baş tutub. “Mançester Yunayted” səfərdə “Şeffild Yunayted”lə qarşılaşıb. Altı qolun qeydə alındığı qarşılaşma heç-heçə yekunlaşıb.

Sonuncu oyun günündə “Nyukasl” səfərdə “Aston Villa”ya məğlub olub.

İngiltərə Premyer Liqası, 13-cü tur

23 noyabr

Vest Hem – Tottenhem 2:3
Qol
: M.Antonio, 73. Oqbonna, 90+6 – Son, 36. Lukas, 43. H.Keyn, 49.

Arsenal – Sauthempton 2:2
Qol
: Lakazett, 18; 90+6 – İnqs, 8. Uord-Prouz, 71.

Bornmut – Vulverhempton 1:2
Qol
: Kuk, 59 – Moutinyo, 21. R.Ximenes, 31.

Brayton – Lester 0:2
Qol
: A.Peres, 64. C.Vardi, 82-pen.

Kristal Pelas – Liverpul 1:2
Qol
: Zaha, 82 – Mane, 49. Firmino, 85.

Everton – Norviç 0:2
Qol
: Kantvell, 55. Srbeni, 90+2.

Uotford – Bernli 0:3
Qol
: Vud, 53. Barnes, 82-pen. Tarkovski, 88.

Mançester Siti – Çelsi 2:1
Qol
: De Bruyne, 29. Mahrez, 37 – Kante, 21.

24 noyabr

Şeffild Yunayted – Mançester Yunayted 3:3
Qol
: Flekk, 19. Musset, 52. Makbörni, 90+1 – Uilyams, 72. Qrinvud, 77. Reşford, 79.

25 noyabr

Aston Villa – Nyukasl 2:0
Qol
: Huriheyn, 32. El-Qazi, 36.

Bombardir: Ceymi Vardi (Lester) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button