“Vulverhempton” evdə xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış matçında “Çelsi” səfərdə “Nyukasl” üzərində inamlı qələbəyə sevinib. “Aston Villa” evdə “Brayton”a uduzubsa, “Mançester Yunayted” “Vest Bromviç”i minimal hesabla üstələyib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. İki cavabsız qolla qalib gələn londonlular həm də zirvəni ələ keçiriblər.

Bazar günü daha dörd qarşılaşma baş tutub. Beş qolun qeydə alındığı “Fulhem” – “Everton” matçında qonaqlar qələbə qazanıblar. “Şeffild Yunayted” doğma meydanda “Vest Hem”ə minimal hesabla uduzub. Səfərdə “Lids”lə qarşılaşan “Arsenal” bu oyundan xal itkisi ilə ayrılıb. Son çempion “Liverpul” isə lider “Lester”lə oyunda darmadağına imza atıb.

Sonuncu oyun günündə iki matç keçirilib. “Bernli” “Kristal Pelas”ı minimal hesabla məğlub edib. “Vulverhempton” – “Sauthempton” matçında isə qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası, 9-cu tur

21 noyabr

Nyukasl – Çelsi 0:2
Qol
: Fernandes, 10-öz qapısına. Abraham, 65.

Aston Villa – Brayton 1:2
Qol
: Konsa, 47 – Uelbek, 12. Març, 56.

Tottenhem – Mançester Siti 2:0
Qol
: Son, 5. Lo Çelso, 65.

Mançester Yunayted – Vest Bromviç 1:0
Qol
: B.Fernandes, 56-pen.

22 noyabr

Fulhem – Everton 2:3
Qol
: Reyd, 15. Loftus-Çik, 70 – Kalvert, 1; 29. Dukure, 35.

Şeffild Yunayted – Vest Hem 0:1
Qol
: Haller, 56.

Lids – Arsenal 0:0

Liverpul – Lester 3:0
Qol
: Evans, 21-öz qapısına. Jota, 41. Firmino, 86.

23 noyabr

Bernli – Kristal Pelas 1:0
Qol
: Vud, 8.

Vulverhempton – Sauthempton 1:1
Qol
: Neto, 75 – Uolkot, 58.

Bombardir: Dominik Kalver-Lyuin (Everton) – 10 qol.