“Çelsi” “Liverpul”a, MY “Vest Hem”ə uduzdu,

İngiltərə Premyer Liqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Sauthempton” doğma azarkeşləri qarşısında “Bornmut”u qəbul edib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin məğlubiyyəti ilə başa çatıb.

6-cı tur çərçivəsində “Mançester Siti” “Uotford”u qəbul edib və 8 cavabsız qolla qalib gəlib. “Tottenhem” isə səfərdə “Lester”lə qarşılaşmadan məğlub ayrılıb.

“Mançester Yunayted” “Vest Hem”lə qarşılaşıb və məğlub olub. Turun mərkəzi oyununda lider “Liverpul” çətin “Çelsi” səfərinə yollanıb. Üç qolun qeydə alındığı qarşılaşma qonaqların ardıcıl 6-cı qələbəsiylə yekunlaşıb. “Arsenal” isə “Aston Villa” ilə ev oyununda çətin qələbəyə sevinib.

İngiltərə Premyer Liqası, 6-cı tur

20 sentyabr

Sauthempton – Bornmut 1:3
Qol
: Uord-Prouze, 52-pen – Ake, 10. H.Uilson, 35. C.Uilson, 90+5.

21 sentyabr

Lester – Tottenhem 2:1
Qol
: R.Pereyra, 69. Meddison, 85 – H.Keyn, 29.

Bernli – Norviç 2:0
Qol
: Vud, 10; 14.

Everton – Şeffild Yunayted 0:2
Qol
: Mina, 40-öz qapısına. Musset, 79.

Mançester Siti – Uotford 8:0
Qol
: D.Silva, 7. Aquero, 12. Mahrez, B.Silva, 15; 48; 60. Otamendi, 18. De Breyne, 85.

Nyukasl – Brayton 0:0

22 sentyabr

Kristal Pelas – Vulverhempton 1:1
Qol
: Dendonker, 46-öz qapısına – Jota, 90+5.

Vest Hem – Mançester Yunayted 2:0
Qol
: Yarmolenko, 44. Kressuell, 84.

Arsenal – Aston Villa 3:2
Qol
: Pepe, 59-pen. Çembers, 81. Obameyanq 84 – Makqinn, 20 Uesli, 60.

Çelsi – Liverpul 1:2
Qol
: Kante, 71 – Aleksandr-Arnold, 14. Firmino, 30.

Bombardir: Serxio Aquero (Mançester Siti) – 8 qol.