“Kristal Pelas” qələbəni son anda əldən verdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. “Mançester Yunayted” doğma meydanda “Aston Villa”nı qəbul edib və minimal hesabla məğlub olub.

Turun mərkəzi görüşü Londonda keçirilib. “Çelsi” burada son çempion “Mançester Siti”nin müqavimətini qırmağa çalışıb. Lakin bu oyunda da qonaqlar minimal hesabla qalib gəliblər.

“Liverpul” bu turda “Brentford” səfərinə yollanıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Bazar günü “Vulverhempton” səfərdə “Sauthempton”u minimal hesabla üstələyib. Londonun “Arsenal” komandası isə doğma meydanda “Tottenhem”lə üz-üzə gəlib. Paytaxt derbisi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə bir görüş baş tutub. “Kristal Pelas” doğma meydanda “Brayton”la qarşılaşıb. Meydan sahibləri qələbəni matça əlavə olunmuş dəqiqələrdə əldən veriblər.

İngiltərə Premyer Liqası, 6-cı tur

25 sentyabr

Mançester Yunayted – Aston Villa 0:1
Qol
: Hoz, 88.

Çelsi – Mançester Siti 0:1
Qol
: Q.Jezus, 53.

Lester Siti – Bernli 2:2
Qol
: Vardi, 37; 85 – Vardi, 12-öz qapısına. Korne, 40.

Lids – Vest Hem 1:2
Qol
: Rafinya, 19 – Firpo, 67-öz qapısına. M.Antonio, 90.

Uotford – Nyukasl 1:1
Qol
: Sarr, 72 – Lonqstaff, 23.

Everton – Norviç 2:0
Qol
: Taunsend, 29. Dukure, 77.

Brentford – Liverpul 3:3
Qol
: Pinnok, 27. Janelt, 63. Vissa, 82 – Jota, 31. Salah, 54. Cons, 67.

26 sentyabr

Sauthempton – Vulverhempton 0:1
Qol
: R.Ximenes, 61.

Arsenal – Tottenhem 3:1
Qol
: Smit Rou, 12. Obameyanq, 27. Saka, 34 – Son, 79.

27 sentyabr

Kristal Pelas – Brayton 1:1
Qol
: Zaha, 45+2-pen – Maupay, 90+5.

Bombardir: Maykl Antonio (“Vest Hem”), Ceymi Vardi (“Lester”), Məhəmməd Salah (“Liverpul”) – 5 qol.