“Mançester Siti” “Liverpul”u darmadağınla yola saldı

İngiltərə Premyer Liqasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları 6 günü əhatə edib. İlk oyun günündə bir qarşılaşma keçirilib. “Aston Villa” öz meydanında “Vulverhempton”u qəbul edib. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəliblər.

“Uotford” doğma meydanda “Sauthempton”a məğlub olub. “Bernli” də səfərdə “Kristal Pelas”dan üstün olub.

“Mançester Yunayted” isə “Brayton”u sınağa çəkib. “Qırmızı şeytanlar” səfərdə darmadağına seviniblər.

Son turda “Mançester Siti”ni məğlub edən “Çelsi”, bu dəfə “Vest Hem” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib. “Arsenal” doğma meydanda “Norviç”ə böyük hesabla qalib gəlibsə, “Nyukasl” “Bornmut”u səfərdə darmadağın edib. “Lester” də “Everton”la qarşılaşmadan məğlub ayrılıb.

Ötən tur çempionluğu rəsmiləşən “Liverpul” 32-ci tur çərçivəsində “Mançester Siti”nin qonağı olub. “Şəhərlilər” bu oyunda qonaqları 4 cavabsız qolla yeniblər. “Tottenhem” isə səfərdə “Şeffild Yunayted”ə məğlub olub.

İngiltərə Premyer Liqası, 32-ci tur

27 iyun

Aston Villa – Vulverhempton 0:1
Qol
: Dendonker, 62.

28 iyun

Uotford – Sauthempton 1:3
Qol
: Bednarek, 79-öz qapısına – İnqs, 16; 70. Uard-Prouz, 82.

29 iyun

Kristal Pelas – Bernli 0:1
Qol
: Mi, 62.

30 iyun

Brayton – Mançester Yunayted 0:3
Qol
: Qrinvud, 16. B.Fernandes, 29; 50.

1 iyul

Arsenal – Norviç 4:0
Qol
: Obameyanq, 33; 67. Caka, 37. Soares, 81.

Bornmut – Nyukasl 1:4
Qol
: Qoslinq, 90+4 – Qayle, 5. Lonqstaff, 30. Almiron, 57. Lazaro, 77.

Everton – Lester 2:1
Qol
: Riçarlison, 10. Siqurdsson, 16-pen – İheanaço, 51.

Vest Hem – Çelsi 3:2
Qol
: Souçek, 45+2. Antonio, 51. Yarmolenko, 89 – Villian, 42-pen; 72.

2 iyul

Şeffild Yunayted – Tottenhem 3:1
Qol
: Berge, 31. Musset, 69. Makbörni, 84 – Keyn, 90.

Mançester Siti – Liverpul 4:0
Qol
: De Breyne, 25-pen. Sterlinq, 35. Foden, 45. Oksleyd-Çemberleyn, 66-öz qapısına.

Bombardir: Ceymi Vardi (Lester), Pyer-Emerik Obameyanq (Arsenal) – 19 qol.