“Vulverhempton” doğma meydanda uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında “Çelsi” doğma meydanda autsayder “Vest Bromviç”i qəbul edib. “Zadəganlar” Tomas Tuxelin gəlişindən bəri ilk dəfə məğlubiyyətlə üzləşiblər. Lider “Mançester Siti” bu turda çətin “Lester” səfərinə yollanıb və inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Arsenal” və “Liverpul” komandaları üz-üzə gəlib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

Bazar günü daha dörd qarşılaşma baş tutub. “Sauthempton” “Bernli”ni, “Aston Villa” “Fulhem”i məğlub yola salıb.

Dörd qolun qeydə alındığı “Nyukasl” – “Tottenhem” matçında qalib müəyyənləşməyib. “Mançester Yunayted” isə “Brayton”la ev oyunundan qalib ayrılıb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Everton” doğma meydanda “Kristal Pelas”la heç-heçəyə razılaşıb. “Vulverhempton” isə “Vest Hem”lə ev oyunundan məğlub ayrılıb.

İngiltərə Premyer Liqası, 30-cu tur

3 aprel

Çelsi – Vest Bromviç 2:5
Qol
: Pulişiç, 27. Mount, 71 – M.Pereyra, 45+2; 45+4. Robinson, 63; 90+1. Diaqne, 68.

Lids – Şeffild Yunayted 2:1
Qol
: Harrison, 12. Jaqielka, 49-öz qapısına – Osborn, 45+2.

Lester – Mançester Siti 0:2
Qol
: B.Mendi, 58. Q.Jezus, 74.

Arsenal – Liverpul 0:3
Qol
: Jota, 64; 82. Salah, 68.

4 aprel

Sauthempton – Bernli 3:2
Qol
: Armstronq, 31. İnqs, 42. Redmond, 66 – Vud, 12-pen. Vidra, 28.

Nyukasl – Tottenhem 2:2
Qol
: Joelinton, 28. Uillok, 85 – Keyn, 30; 34.

Aston Villa – Fulhem 3:1
Qol
: Trezeqe, 78; 81. Uotkins, 87 – Mitroviç, 61.

Mançester Yunayted – Brayton 2:1
Qol
: Reşford, 62. Qrinvud, 83 – Uelbek, 13.

5 aprel

Everton – Kristal Pelas 1:1
Qol
: Rodriqes, 56 – Batşuayi, 86.

Vulverhempton – Vest Hem 2:3
Qol
: Dendonker, 44. F.Silva, 68 – Linqard, 6. Fornals, 14. Bouen, 38.

Bombardir: Harri Keyn (Tottenhem) – 19 qol.