“Çelsi” “Liverpul”a səfərdə qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Lider “Mançester Siti” doğma meydanda “Vulverhempton”u qəbul edib. “Şəhərlilər” bu görüşdə inamlı qələbəyə seviniblər.

“Mançester Yunayted” 29-cu tur çərçivəsində səfərdə “Kristal Pelas”ın qonağı olub və xal itkisi ilə üzləşib.

Turun mərkəzi görüşündə son çempion “Liverpul” turnir cədvəlinin 5-cisi “Çelsi”nin müqavimətini qırmağa çalışıb. Lakin son dövrlər uğursuz çıxışı ilə diqqət mərkəzində olan “qırmızılar” “zadəganlar”a da uduzub.

Bu turun “Fulhem” – “Lids”, “Brayton” – “Nyukasl”, “Vest Hem” – “Arsenal” matçları martın 19-20-21-də keçiriləcək. “Tottenhem” – “Sauthempton” matçının isə vaxtı məlum deyil.

İngiltərə Premyer Liqası, 29-cu tur

2 mart

Mançester Siti – Vulverhempton 4:1
Qol
: Dendonker, 15-öz qapısına. Q.Jezus, 80; 90+5. Mahrez, 90+1 – Koadi, 61.

3 mart

Bernli – Lester 1:1
Qol
: Vidra, 4 – İheanaço, 34.

Şeffild Yunayted – Aston Villa 1:0
Qol
: Makqoldrik, 30.

Kristal Pelas – Mançester Yunayted 0:0

4 mart

Vest Bromviç – Everton 0:1
Qol
: Riçarlison, 65.

Liverpul – Çelsi 0:1
Qol
: Mount, 42.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 17 qol.