“Mançester Yunayted” “Çelsi”ni səfərdə məğlub etdi

İngiltərə Premyer Liqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında “Everton” doğma azarkeşləri qarşısında “Kristal Pelas”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu matçda qələbəni meydan sahibləri bayram ediblər. “Brayton” isə “Uotford”la qarşılaşmada heç-heçəyə razılaşıb.

“Mançester Siti” bu turda “Vest Hem”i sınağa çəkməli idi. Amma əlverişsiz hava şəraiti ilə əlaqədar bu oyun təxirə salınıb. “Şeffild Yunayted” isə “Bornmut”la ev oyunundan əzmkar qələbə ilə ayrılıb.

Liderlər qrupunda qərarlaşan “Lester” səfərdə “Vulverhempton”la üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb.

Lider “Liverpul” 26-cı tur çərçivəsində “Norviç” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

“Arsenal” “Nyukasl”la üz-üzə gəlib. London klubu bu görüşdə 4 cavabsız qola sevinib. Paytaxtın digər təmsilçisi “Tottenhem” isə səfərdə “Aston Villa”dan üstün olub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Frenk Lempardın rəhbərlik etdiyi “Çelsi” doğma azarkeşləri qarşısında “Mançester Yunayted”in müqavimətini qırmağa çalışıb. Lakin qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

İngiltərə Premyer Liqası, 26-cı tur

8 fevral

Everton – Kristal Pelas 3:1
Qol
: Bernard, 18. Riçarlison, 58. Levin, 88 – Benteke, 51.

Brayton – Uotford 1:1
Qol
: Mariappa, 78-öz qapısına – Dukure, 19.

9 fevral

Şeffild Yunayted – Bornmut 2:1
Qol
: Şarp, 45+2. Lundstram, 84 – Uilson, 13.

Mançester Siti – Vest Hem matçı təxirə salınıb

14 fevral

Vulverhempton – Lester 0:0

15 fevral

Sauthempton – Bernli 1:2
Qol
: İnqs, 18 – Vestvud, 2. Vidra, 60.

Norviç – Liverpul 0:1
Qol
: Mane, 78.

16 fevral

Aston Villa – Tottenhem 2:3
Qol
: Alderveyreld, 9-öz qapısına. Engels, 53 – Alderveyreld, 27. Son, 45+2; 90+4.

Arsenal – Nyukasl 4:0
Qol
: Obameyanq, 54. Pepe, 57. M.Özil, 90. Lakazette, 90+5.

17 fevral

Çelsi – Mançester Yunayted 0:2
Qol
: Marsyal, 45. Maquayr, 66.

Bombardir: Ceymi Vardi (“Lester”) – 17 qol.