“Everton”a 1 qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

Turun açılış matçında lider “Mançester Siti” doğma meydanda “Vest Hem”i sınağa çəkib və çətin qələbəyə sevinib.

“Vest Bromviç” “Brayton”u doğma meydanda minimal hesabla üstələyibsə, “Lids” oxşar hesabla “Aston Villa”ya məğlub olub. “Nyukasl” – “Vulverhempton” görüşündə isə qalib müəyyənləşməyib.

“Arsenal” bu turda “Lester” səfərinə yollanıb, “Liverpul”un rəqibi isə autsayder “Şeffild Yunayted” olub. Hər iki oyunda qonaqlar inamlı qələbəyə seviniblər.

Turun mərkəzi görüşü Londonda keçirilib. Tomas Tuxelin rəhbərlik etdiyi “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb.

Son oyunda “Everton” “Sauthempton”u minimal hesabla üstələyib.

İngiltərə Premyer Liqası, 26-cı tur

27 fevral

Mançester Siti – Vest Hem 2:1
Qol
: Dias, 30. Stounz, 68 – Antonio, 43.

Vest Bromviç – Brayton 1:0
Qol
: Bertli, 11.

Lids – Aston Villa 0:1
Qol
: El-Qazi, 5.

Nyukasl – Vulverhempton 1:1
Qol
: Laskelles, 52 – Neves, 73.

28 fevral

Kristal Pelas – Fulhem 0:0

Lester – Arsenal 1:3
Qol
: Tilemans, 6 – D.Luis, 39. Lakazette, 45+2-pen. Pepe, 52.

Tottenhem – Bernli 4:0
Qol
: Beyl, 2; 55. Keyn, 15. Lukas, 31.

Çelsi – Mançester Yunayted 0:0

Şeffild Yunayted – Liverpul 0:2
Qol
: Cons, 48. Brayan, 64-öz qapısına.

1 mart

Everton – Sauthempton 1:0
Qol
: Riçarlison, 9.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 17 qol.