“Mançester Siti”dən səfər qələbəsi

Futbol üzrə İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub. Birinci turda səfərdə “Tottenhem”i məğlub edən “Everton” bu dəfə “Vest Bromviç”i darmadağın edib. “Mançester Yunayted” “Kristal Pelas”la ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib. Yeddi qolun qeydə alındığı “Lids” – “Fulhem” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Arsenal” isə “Vest Hem”i qəbul edib və çətin qələbəyə sevinib.

Bazar günü daha dörd qarşılaşma baş tutub. Səfərdə “Sauthempton”la qarşılaşan “Tottenhem” 3 xalı 5 qolla qazanıb. “Brayton” da səfərdə “Nyukasl”ı darmadağın edib. “Lester” “Bernli”ni məğlub yola salıb.

Turun mərkəzi görüşü Londonda keçirilib. Son çempion “Liverpul” burda “Çelsi” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

“Mançester Siti” bu turda “Vulverhempton”un qonağı olub və səfərdən vacib qələbə ilə dönüb. “Aston Villa” isə “Şeffild Yunayted”i minimal hesabla məğlub edib.

İngiltərə Premyer Liqası, 2-ci tur

19 sentyabr

Everton – Vest Bromviç 5:2
Qol
: Kalvert, 31; 62; 66. Rodriqes, 45. Kin, 54 – Dianqana, 10. Pereyra, 47.

Lids – Fulhem 4:3
Qol
: Kosta, 5; 57. Klix, 41-pen. Bemford, 50 – Mitroviç, 34-pen; 67. Reyd, 62.

Mançester Yunayted – Kristal Pelas 1:3
Qol
: Van de Bek, 80 – Taunsend, 7. Zaha, 74-pen; 85.

Arsenal – Vest Hem 2:1
Qol
: Lakazette, 25. Nketia, 86 – Antonio, 45.

20 sentyabr

Sauthempton – Tottenhem 2:5
Qol
: İnqs, 32; 90 – Son, 45+2; 47; 64; 73. Keyn, 82.

Nyukasl – Brayton 0:3
Qol
: Maupay, 4; 7. Konnolli, 83.

Çelsi – Liverpul 0:2
Qol
: Mane, 50; 54.

Lester – Bernli 4:2
Qol
: Barnes, 20. Piters, 50-öz qapısına. Castin, 61. Praet, 79 – Vud, 10. Danne, 73.

21 sentyabr

Aston Villa – Şeffild Yunayted 1:0
Qol
: Konsa, 63.

Vulverhempton – Mançester Siti 1:3
Qol
: R.Ximenes, 78- De Breyne, 20. Foden, 32. Qabriel, 90+5.

Bombardir: Son Hın Min (Tottenhem), Dominik Kalvert-Lyunin (Everton) – 4 qol.