“Arsenal” evdə xal itirdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında cari mövsümdə qələbəsi olmayan “Şeffild Yunayted” “Nyukasl”ı qəbul edib və minimal hesabla qalib gəlib. “Vulverhempton” da doğma meydanda “Everton”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər.

Bu gün həm də 1-ci turdan təxirə salınmış “Bernli” – “Mançester Yunayted” matçı baş tutub. “Qırmızı şeytanlar” bu görüşdə minimal hesabla qələbə qazanıblar.

“Mançester Siti” bu turda “Brayton”la qarşılaşıb və minimal hesabla qalib gəlib. Eyni gündə həm də 16-cı turdan təxirə salınmış “Tottenhem” – “Fulhem” görüşü baş tutub. Bu qarşılaşmada qalib müəyyənləşməyib.

“Arsenal” “Kristal Pelas”la qarşılaşıb. London klubu doğma meydanda xal itirib.

Turun digər görüşləri yanvarın 19, 20 və 21-də keçiriləcək.

Bu tur keçirilməli olan “Aston Villa” – “Tottenhem” matçı təxirə salınıb.

İngiltərə Premyer Liqası

1-ci turun oyunu

12 yanvar

Bernli – Mançester Yunayted 0:1
Qol
: Poqba, 71.

18-ci tur

Şeffild Yunayted – Nyukasl 1:0
Qol
: Şarp, 73-pen.

Vulverhempton – Everton 1:2
Qol
: Neves, 14 – İvobi, 6. Kin, 77.

13 yanvar

Mançester Siti – Brayton 1:0
Qol
: Foden, 44.

16-cı turun oyunu

Tottenhem – Fulhem 1:1
Qol: Keyn, 25 – Kavalyero, 74.

14 yanvar

Arsenal – Kristal Pelas 0:0

19 yanvar

22:00 Vest Hem – Vest Bromviç
00:15 Lester – Çelsi

20 yanvar

22:00 Lids – Sauthempton
00:15 Fulhem – Mançester Yunayted

21 yanvar

00:00 Liverpul – Bernli

Bombardir: Məhəmməd Salah (Liverpul) – 13 qol.