“Liverpul” səfərdən 1 xalla döndü

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilməli olsa da, onlardan biri təxirə salınıb. Turun mərkəzi görüşündə Karlo Ançelottinin rəhbərlik etdiyi “Everton” doğma meydanda “Mançester Siti”ni qəbul edəcəkdi. Lakin qonaqların heyətində koronavirusa kütləvi yoluxma səbəbindən bu görüş başqa tarixdə oynanılacaq.

Turun açılış matçında “Lester” səfərdə “Kristal Pelas”la qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 xalla ayrılıblar. Son turda “Arsenal”a məğlub olan “Çelsi” bu dəfə “Aston Villa”nı sınağa çəkib. Bu oyun da heç-heçə yekunlaşıb.

İkinci oyun günündə “Bernli” evdə “Şeffild Yunayted”i, “Arsenal” isə səfərdə “Brayton”u minimal hesabla üstələyib. “Lids” “Vest Bromviç”lə səfər oyununda 5 cavabsız qola sevinib. “Sauthempton” – “Vest Hem” görüşündə qapılara qol vurulmayıb. “Mançester Yunayted” də doğma meydanda “Vulverhempton”la qarşılaşıb və son dəqiqə qolu ilə 3 xal qazanıb.

Sonuncu oyun günündə keçirilməli olan “Tottenhem” – “Fulhem” görüşü təxirə salınıb. Lider “Liverpul” isə səfərdə “Nyukasl” ilə qolsuz bərabərliyə razılaşıb.

İngiltərə Premyer Liqası, 16-cı tur

28 dekabr

Kristal Pelas – Lester 1:1
Qol
: Zaha, 58 – Barnes, 83.

Çelsi – Aston Villa 1:1
Qol
: Jiru, 34 – El-Qazi, 50.

Everton – Mançester Siti matçı təxirə salınıb

29 dekabr

Sauthempton – Vest Hem 0:0

Vest Bromviç – Lids 0:5
Qol
: Soyers, 9-öz qapısına. Alioski, 31. Harrison, 36. Rodriqo, 40. Rafinya, 72.

Brayton – Arsenal 0:1
Qol
: Lakazette, 66.

Bernli – Şeffild Yunayted 1:0
Qol
: B.Mi, 32.

Mançester Yunayted – Vulverhempton 1:0
Qol: Reşford, 90+3.

30 dekabr

Tottenhem – Fulhem matçı təxirə salınıb

Nyukasl – Liverpul 0:0

Bombardir: Məhəmməd Salah (Liverpul) – 13 qol.