“Arsenal” “Everton”a məğlub oldu

Futbol üzrə İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub. Turun açılış matçında lider “Çelsi” səfərdə “Vest Hem”in qonağı olub. Beş qolun qeydə alındığı matç London təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

“Mançester Siti” “Uotford”u, “Liverpul” isə “Vulverhempton”u sınağa çəkib. Liderin xal itkisindən maksimum yararlanan “Mançester Siti” ilə “Liverpul” qələbə qazanmaqla “Çelsi”ni üçüncü pilləyə yuvarlayıblar. “Sauthempton” – “Brayton” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə “Bernli”ni minimal hesabla üstələyib.

Bazar günü daha dörd qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Lids” – “Brentford” matçında qalib müəyyənləşməyib. “Mançester Yunayted” “Kristal Pelas”la ev oyununda minimal hesabla üstün olub. “Tottenhem” isə “Norviç Siti”ni 3 cavabsız qolla yenib. Səfərdə “Aston Villa” ilə qarşılaşan “Lester Siti” bu dəfə də məğlubiyyətə üzülüb.

Tura “Everton” – “Arsenal” matçıyla yekun vurulub. Üç qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər.

İngiltərə Premyer Liqası, 15-ci tur

4 dekabr

Vest Hem – Çelsi 3:2
Qol
: Lanzini, 40. Bouen, 56. Masuaku, 87 – T.Silva, 28. Maunt, 44.

Vulverhempton – Liverpul 0:1
Qol
: Oriqi, 90+4.

Nyukasl – Bernli 1:0
Qol
: Uilsin, 40.

Sauthempton – Brayton 1:1
Qol
: Broxa, 29 – Maupay, 90+8.

Uotford – Mançester Siti 1:3
Qol
: Kuço, 74 – Sterlinq, 4. B.Silva, 31; 63.

5 dekabr

Lids – Brentford 2:2
Qol
: Roberts, 27. Bemford, 90+5 – Baptiste, 54. Kanos, 61.

Mançester Yunayted – Kristal Pelas 1:0
Qol
: Fred, 77.

Tottenhem – Norviç 3:0
Qol
: Moura, 10. Sançes, 67. Son, 77.

Aston Villa – Lester 2:1
Qol
: Konsa, 17; 54 – Barnes, 14.

6 dekabr

Everton – Arsenal 2:1
Qol
: Riçarlison, 79. Qrey, 90+2 – Edeqor, 45+2.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 10 qol.