“Sauthempton”dan əzmkar qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Turun açılış matçında “Bernli” doğma meydanda “Everton”u qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib. “Mançester Siti” bu turda “Fulhem”lə, “Mançester Yunayted” isə “Vest Hem”lə qarşılaşıb. Mançesterin hər iki təmsilçisi turu qələbəylə başa vurub. “Çelsi” də evdə “Lids” üzərində əzmkar qələbəyə sevinib.

Bazar günü daha dörd görüş baş tutub. “Kristal Pelas” səfərdə “Vest Bromviç”i darmadağın edibsə, “Şeffild Yunayted”in qonağı olan “Lester” çətin qələbəyə sevinib.

Son çempion “Liverpul” “Vulverhempton”la qarşılaşıb və darmadağınla qalib gəlib. Turun mərkəzi görüşü Londonda keçirilib. Joze Mourinyonun rəhbərlik etdiyi “Tottenhem” doğma meydanda “Arsenal”ı qəbul edib. Derbi meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Bu tur keçirilməli olan “Aston Villa” – “Nyukasl” matçı qonaq komandanın heyətində bir neçə futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.

Sonuncu oyun günündə “Brayton” doğma meydanda “Sauthempton”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər.

İngiltərə Premyer Liqası, 11-ci tur

5 dekabr

Bernli – Everton 1:1
Qol
: Breydi, 3 – Kalvert, 45+3.

Mançester Siti – Fulhem 2:0
Qol
: Sterlinq, 5. De Breyne, 26.

Vest Hem – Mançester Yunayted 1:3
Qol
: Souçek, 38 – Poqba, 65. Qrinvud, 68. Reşford, 78.

Çelsi – Lids 3:1
Qol
: Jiru, 27. Zuma, 61. Pulişiç, 90+3 – Bemford, 4.

6 dekabr

Vest Bromviç – Kristal Pelas 1:5
Qol
: Qallaxer, 30 – Furlonq, 8-öz qapısına. Zaha, 55; 68. Benteke, 59; 82.

Şeffild Yunayted – Lester 1:2
Qol
: Makbörni, 26 – A.Peres, 24. Vardi, 90.

Tottenhem – Arsenal 2:0
Qol
: Son, 13. Keyn, 45+1.

Liverpul – Vulverhempton 4:0
Qol
: Salah, 24. Veynaldum, 58. Matip, 67. Semedo, 78-öz qapısına.

7 dekabr

Brayton – Sauthempton 1:2
Qol
: Qross, 26-pen – Vesteqaard, 45. İnqs, 81-pen.

Bombardir: Dominik Kalvert-Lyuin (Everton) – 11 qol.