“Bu gün ilk oyundan öyrəndiklərimizi meydanda göstərməliyik” – Klopp

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Atletiko”nu qəbul edəcək “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, ilk matçda 0:1 hesabı ilə məğlub olduqları rəqibə qarşı göstərəcəkləri oyun haqqında danışıb:

“Bu dəfə əsas işimiz mümkün qədər çox dəqiq zərbə endirmək olmalıdır. Yaxşı epizodlarımız, qol vəziyyətlərimiz olur. Amma nəzərə almalıyıq ki, dünyanın ən yaxşı müdafiə olunan komandalarından birinə qarşı oynayırıq. İlk oyunda rəqib daha şanslı olduğu üçün bir qol vurdu. Rəqibin asan təslim olmayacağını, sona qədər mübarizə aparacağını bilirik. Öz meydanımızda oynamağımız, stadiondakı atmosfer üstünlüyümüz olacaq. Bu gün ilk oyundan öyrəndiklərimizi meydanda göstərməliyik. Bizim çox fürsətimiz var, amma belə rəqiblə oyunda boşluq tapmaq çətin olur. Ən azından rəqibi tanıyırıq və indi də onlara qarşı öz gücümüzü göstərə biləcəyimizə inanmalıyıq”.

“Liverpul” – “Atletiko” oyunu bu gün, saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button