“Türkiyə ilə keçirdiyimiz matç heç yaxşı deyildi, amma…” – Poqba

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Andorra milli komandasına 4:0 hesabı ilə qalib gələn Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted”in şəfərini qoruyan futbolçu, bunları deyib:

“Türkiyə ilə keçirdiyimiz matç heç yaxşı deyildi, amma bu gün hər şeyi doğru etdik. Bu zehniyyətdə davam etməliyik. Hər zaman zehni olaraq hər şeyə hazırlıqlı olmalısız. Qarşılaşdığınız hər rəqibə hörmək edərək və möhtəşəm bir komanda olaraq oynamaq məcburiyyətindəsiz”.