İlk heç-heçə Qəbələdə qeydə alındı

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, yeni mövsümün açılış matçında “Sumqayıt” doğma meydanda “Keşlə” ilə qarşılaşıb. Görüş qonaqların qələbəsiylə yekunlaşıb.

Günün digər matçında isə “Neftçi” “Səbail”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matçda qələbəni “ağ-qaralar” bayram ediblər.

Son çempion “Qarabağ” ilk turda “Sabah”ı sınağa çəkib. Ağdam klubu da yeni mövsümə qələbə ilə başlayıb.

Rəşad Sadıqovun baş məşqçilik etdiyi “Zirə” isə bu gün “Qəbələ” səfərinə yollanıb. Heç-heçə bitən bu matçla Premyer Liqada ilk tura yekun vurulub.

Azərbaycan Premyer Liqasında oyunlar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.

Azərbaycan Premyer Liqası, 2020/21 mövsümü, 1-ci tur

21 avqust

Sumqayıt – Keşlə 0:1
Qol: A.Salahlı, 90+4.
Matçın 27-ci dəqiqəsində “Sumqayıt”ın heyətində Rəhim Sadıxov penaltidən yararlana bilməyib (kənara).
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Nicat İsmayıllı
Sumqayıt şəhər stadionu.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 97. Xəyal Nəcəfov, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 21. Miyusko Boyoviç, 42. Aleksandr Kristovao, 22. Şahrux Qadoyev, 48. Dmitro Klots, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli, 88. Seymur Əsədov, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.

Neftçi – Səbail 2:1
Qol: N.Ələsgərov, 16; 66 – P.Keşavarz, 79.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
Bakı. 8-ci km stadionu

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 28. Stiven Monroz, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov.
Səbail: 25. Elxan Əhmədov, 10. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 5. Adil Nağıyev, 7. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 12. Şahin Zəkiyev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

22 avqust

“Qarabağ” – “Sabah” 2:0
Qol:
M.Emreli, 45; 68.
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Azərsun Arena”

Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 1. Saşa Stamenkoviç (k), 19. Təmkin Xəlilzadə, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 30. Mario Marina, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 29. Ceyhun Nuriyev.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 60. Abbas Ağazadə, 38. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Visente Qomes.

23 avqust

Qələbə – Zirə 1:1
Qol: A.Məmmədov, 3 – A.Ramazanov, 28.
Hakimlər:
Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 22. Rodriqo Qattas, 13. Yurqen Qoxa, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 15. Vüsal Məsimov, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.
Zirə: 22. Rəşad Əzizli, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 13. Şəhriyar Rəhimov, 3. Ali Sisey, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 31. Nail Alışov, 8. İlkin Muradov, 91. Ruslan Qurbanov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button