Azərbaycan millisi Monteneqroya məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Monteneqronun qonağı olub. Podqoritsa şəhər stadionunda keçirilən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb.

C Liqasının 1-ci qrupunda mübarizə aparan Azərbaycan yığması bundan əvvəl Lüksemburqa 1:2 hesabıyla uduzub, Kipri isə səfərdə minimal hesabla məğlub etmişdi – 1:0.

C Liqasının 1-ci qrupunun digər görüşündə Lüksemburq Kipri qəbul edib. Bu oyunda da meydan sahibləri qələbə qazanıblar.

UEFA Millətlər Liqası, 3-cü tur
C Liqası, 1-ci qrup

10 oktyabr

Monteneqro – Azərbaycan 2:0
Qol: S.Yovetiç, 9. İ.İvanoviç, 71.
Baş hakim: Rikardo de Burgos Benqoeçea (İspaniya)

Monteneqro: 12. Milan Miyatoviç, 2. Risto Radunoviç, 4. Nikola Vukçeviç, 6. İqor Vujaçiç, 8. Marko Bakiç, 9. Dino İslamoviç, 10. Stevan Yovetiç, 17. Sead Hakşabanoviç, 20. Momkilo Raspopoviç, 21. Aleksandar Bolyeviç, 22. Marko Simiç
Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Aleksandar Şofranats, 5. Darko Bulatoviç, 7. Marko Yankoviç, 11. Fatos Beçiray, 14. Deni Hoçko, 15. Marko Vukçeviç, 16. Branislav Yankoviç, 18. Neboyşa Kosoviç, 19. Miloş Raiçkoviç, 23. İqor İvanoviç
Baş məşqçi: Faruk Hacibeqiç

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 9. Əli Qurbani, 10. Rəhim Sadıxov, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 16. Elvin Camalov, 18. Anton Krivotsyuk, 19. Namiq Ələsgərov
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov
Baş məşqçi: Canni De Byazi

Lüksemburq – Kipr 2:0
Qol
: Sinani, 12; 26.