AÇ-2020-nin püşkü atıldı

Bu gün futbol üzrə AÇ-2020-nin püşkü atılıb.

Komanda.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan tədbirə saat 21:00-da start verilib.

Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. AÇ-2020-yə seçmə mərhələdən çıxanlar səbətlərdən ilk üçündə, Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq komandalar dördüncüsündə olub.

Final mərhələsinə çıxa bilən AÇ-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşüblər.

Səbətlərin tərkibi:

1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)

A qrupu: Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə
B qrupu: Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)
C qrupu: Niderland, Ukrayna, Avstriya, D Liqasının qalibi
D qrupu: İngiltərə (ev sahibi), Xorvatiya, C Liqasının qalibi, Çexiya
E qrupu: İspaniya (ev sahibi), İsveç, Polşa, B Liqasının qalibi
F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya (ev sahibi)

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya stadionunda keçiriləcək.