“Lion”dan inamlı qələbə

Futbol üzrə Fransa çempionatında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında son çempion “Lill” səfərdə “Loryan”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.

Lider PSJ-nin bu turdakı rəqibi “Klermon” olub. İtkisiz irəliləyən Paris təmsilçisi bu oyunda da darmadağına sevinib. “Monako” isə evdə “Marsel”ə uduzub.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Monpelye” “Sent-Etyen”i, “Lion” isə “Strasburq”u məğlub yola salıb. “Brest” – “Anje” matçında qalib müəyyənləşməyib. “Bordo” evdə “Lans”a, “Mets” “Trua”ya, “Renn” “Reyms”ə, “Nant” isə “Nitsa”ya uduzub.

Fransa Liqa 1, 5-ci tur

10 sentyabr

Loryan – Lill 2:1
Qol
: Loryente, 7. Moffi, 87 – B.Yılmaz, 25-pen.

11 sentyabr

PSJ – Klermon 4:0
Qol
: A.Herrera, 20; 31. Mbappe, 55. Qeye, 65.

Monako – Marsel 0:2
Qol
: D.Bamba, 37; 60.

12 sentyabr

Monpelye – Sent-Etyen 2:0
Qol
: Mavididi, 32. Jermen, 62.

Bordo – Lans 2:3
Qol
: Manqas, 60. Onana, 88 – Kakuta, 39. Medina, 43. Sotoka, 90+5.

Brest – Anje 1:1
Qol
: Favr, 62-pen – Manqani, 78-pen.

Mets – Trua 0:2
Qol
: J.Rodriqes, 50. Şavaleren, 84.

Renn – Reyms 0:2
Qol
: Ekitike, 26. Koffi, 67.

Nant – Nitsa 0:2
Qol
: Dolberq, 75. Quiri, 80.

Lion – Strasburq 3:1
Qol
: Dembele, 8. Denayer, 64. Paketa, 87 – H.Diallo, 90+6-pen.

Bombardir: Kilian Mbappe (PSJ) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button