“Monako” “Marsel”ə məğlub oldu

Fransa Liqa 1-də 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında “Lill” “Anje”ni qəbul edib və qələbə qazanıb. “Lion” isə “Amyen”in qonağı olub. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Son çempion PSJ bu turda “Strasburq”u sınağa çəkib. Paris təmsilçisi azarkeşlərin bütün oyun ərzində fitə basdığı Neymarın əlavə vaxtda vurduğu yeganə qol sayəsində meydandan qələbə ilə ayrılıb.

Turun mərkəzi oyununda “Monako” “Marsel”lə üz-üzə gəlib. 7 qolun qeydə alındığı qarşılaşmanın sonunda 3 xalı qonaqlar bayram ediblər.

Fransa Liqa 1, 5-ci tur

13 sentyabr

Lill – Anje 2:1
Qol
: Osimhen, 39. Arauxo, 53 – Bahoken, 87.

Amyen – Lion 2:2
Qol
: Jalle, 7. Bodmer, 90+2 – Dembele, 9; 34.

14 sentyabr

PSJ – Strasburq 1:0
Qol
: Neymar, 90+2.

Bordo – Mets 2:0
Qol
: Briand, 7; De Preville, 9.

Brest – Renn 0:0

Dijon – Nim 0:0

Monpelye – Nitsa 2:1
Qol
: Delor, 37. Molle, 56 – Tameze, 34.

15 sentyabr

Nant – Reyms 1:0
Qol
: Kulibali, 69.

Sent-Etyen – Tuluza 2:2
Qol
: Hamuma, 45; 56 – Qradel, 15-pen. Leya, 24.

Monako – Marsel 3:4
Qol
: Ben Yedder, 17-pen; 26. Keyta, 75 – Benedetto, 38; 66. Jermen, 41. Payet, 61.

Bombardir: Viktor Osimhen (Lill), Mussa Dembele (Lion) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button