Messi debüt etdi, PSJ qalib gəldi

Futbol üzrə Fransa çempionatında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Lion” səfərdə “Nant”ın qonağı olub. Qonaqlar bu oyunda 3 xalı tək qolla qazanıblar.

Ötən tur “Nitsa” ilə matçı azarkeşlərlə futbolçular arasında yaşanan kütləvi davaya görə yarımçıq dayandırılan “Marsel”in budəfəki rəqibi “Sent-Etyen” olub. Marsel təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. “Nitsa” isə doğma meydanda “Bordo”ya 4 cavabsız qolla qalib gəlib.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Klermon” – “Mets” və “Lans” – “Loryan” matçlarında qalib müəyyənləşməyib. “Anje” “Renn”i, “Strasburq” isə “Brest”i məğlub yola salıb.

Səfərdə “Trua” ilə qarşılaşan “Monako” turu qələbə ilə başa vurub. Əvvəlki üç turda qələbəyə həsrət qalan son çempion “Lill” də nəhayət bu turda ilk dəfə 3 xala sevinib. Sözügedən komanda doğma meydanda “Monpelye”yə qalib gəlib.

Parisin PSJ komandası isə səfərdə “Reyms”lə qarşılaşıb. Argentinalı hücumçu Lionel Messinin debüt etdiyi bu matçda parislilər inamlı qələbəyə seviniblər.

Fransa Liqa 1, 4-cü tur

27 avqust

Nant – Lion 0:1
Qol
: Dembele, 35.

28 avqust

Nitsa – Bordo 4:0
Qol
: Kluyvert, 7. Quiri, 33; 42. Turam, 85.

Marsel – Sent-Etyen 3:1
Qol
: Genduzi, 23. Jerson, 51. C.Ünder, 69 – Kolodzeyçak, 32.

29 avqust

Trua – Monako 1:2
Qol
: Aqilar, 51-öz qapısına – Diop, 40; 58.

Anje – Renn 2:0
Qol
: Bufal, 57. Ço, 88.

Klermon – Mets 2:2
Qol
: Niakate, 35-öz qapısına. Raşani, 58 – Niane, 10. Desmas, 29-öz qapısına.

Lans – Loryan 2:2
Qol
: Kloss, 24. Fofana, 70 – Loryan, 27. Monkondui, 35.

Strasburq – Brest 3:1
Qol
: Prçiç, 24. Duverne, 42-öz qapısına. Tomasson, 84 – Kardona, 26.

Lill – Monpelye 2:1
Qol
: Y.Yazıçı, 45+1. David, 57 – Laborde, 45+3.

Reyms – PSJ 0:2
Qol
: Mbappe, 16; 63.

Bombardir: Məhəmməd Bayo (“Klermon”), Kilian Mbappe (PSJ) – 4 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button