“Lion” xal itirdi, “Marsel”in oyunu yarıda qaldı

Futbol üzrə Fransa Liqa 1-də 3-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında PSJ səfərdə “Brest”lə qarşılaşıb. Paris təmsilçisinin futbolçuları Neymar, Lionel Messi və Leandro Paredes sözügedən oyunda iştirak etməyib. Buna baxmayaraq, paytaxt təmsilçisi səfərdən inamlı qələbə ilə dönüb.

Ötən turda “Nitsa”ya darmadağın olan son çempion “Lill”in budəfəki rəqibi “Sent-Etyen” olub. Sözügedən komanda bu turda da qələbəyə həsrət qalıb. “Monako” isə “Lans”la ev oyunundan məğlubiyyətlə ayrılıb.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. Lion “Olimpik” evdə “Klermon”la məhsuldar heç-heçəyə razılaşıb. “Bordo” – “Anje”, “Mets” – “Reyms” və “Strasburq” – “Trua” matçlarında da qalib müəyyənləşməyib. “Monpelye” “Loryan”ı, “Renn” “Nant”ı məğlub yola salıb.

Turun son matçında “Nitsa” və “Olimpik” (Marsel) komandaları üz-üzə gəlib. Qarşılaşmanın sonlarında, hesab meydan sahiblərinin 1:0 xeyrinə olarkən azarkeşlər meydana axışıb. Bu üzdən də qarşılaşma 76-cı dəqiqədə məcburi dayandırılıb.

Fransa Liqa 1, 3-cü tur

20 avqust

Brest – PSJ 2:4
Qol
: Honorat, 42. Munye, 85 – A.Herrera, 23. Mbappe, 36. Qeye, 73. Di Mariya, 90+1.

21 avqust

Monako – Lans 0:2
Qol
: Qanaqo, 51. Banza, 90+3.

Sent-Etyen – Lill 1:1
Qol
: Sou, 85 – B.Yılmaz, 38.

22 avqust

Lion – Klermon 3:3
Qol
: Dembele, 5-pen; 21. Paketa, 45+1 – Diomande, 12-öz qapısına. Raşani, 80; 90+1.

Bordo – Anje 1:1
Qol
: Mara, 10 – Tomas, 38.

Mets – Reyms 1:1
Qol
: Mayqa, 14 – Munetsi, 7.

Monpelye – Loryan 3:1
Qol
: Savanye, 50. Mavididi, 58. Delor, 83 – Berto, 21-öz qapısına.

Strasburq – Trua 1:1
Qol
: Tomasson, 77 – Tuzqar, 19.

Renn – Nant 1:0
Qol
: Terrye, 58.

Nitsa – Marsel 1:0 (matç yarıda qalıb)
Qol: Dolberq, 49.

Bombardir: Məhəmməd Bayo (“Klermon”), Dmitri Payet (“Marsel”) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button