PSJ və “Lill”dən inamlı qələbə

Futbol üzrə Fransa çempionatında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Loryan” doğma meydanda “Reyms”i qəbul edib. “Lion” doğma meydanda “Strasburq”u darmadağın edib.

“Monako” bu tur çərçivəsində “Nim”i sınağa çəkib və çətin qələbəyə sevinib. Lider “Lill”in budəfəki rəqibi “Nant” olub. “Lill” bu oyundan asan qələbə ilə ayrılıb.

Turun mərkəzi görüşündə “Marsel” son çempion PSJ-nin müqavimətini qırmağa çalışıb. Lakin parislilər bu oyunda inamlı qələbə qazanıblar.

Fransa Liqa 1, 24-cü tur

6 fevral

Loryan – Reyms 1:0
Qol:
Aberqel, 53.

Lion – Strasburq 3:0
Qol:
Depay, 20; 68. Ekambi, 30.

Lans – Renn 0:0

7 fevral

Brest – Bordo 2:1
Qol
: Munye, 80. Fayvr, 85 – Huanq, 56.

Monpelye – Dijon 4:2
Qol
: Labord, 48; 56. Savnye, 61 . Skuletiç, 90+1 – Konate, 88-pen.

Nitsa – Anje 3:0
Qol
: Dumbiya, 9-öz qapısına. Maolida, 17. Quiri, 83.

Nim – Monako 3:4
Qol
: Do, 23. Z.Ferhat, 32. Eliasson, 81 – Qolovin, 3; 12; 62. Foland, 77.

Sent-Etyen – Mets 1:0
Qol
: Boye, 14-öz qapısına.

Nant – Lill 2:0
Qol
: David, 9; 83.

Marsel – PSJ 0:2
Qol
: Mbappe, 9; İkardi, 24.

Bombardir: Kilian Mbappe (PSJ) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button