PSJ-dən darmadağın

Futbol üzrə Fransa Liqa 1-də 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Lion” autsayder “Sent-Etyen”lə qarşılaşıb. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıb.

“Lill” bu turda səfərdə “Brest”in qonağı olub. Son çempion bu oyunda 2 cavabsız qolla uduzub. “Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel” isə “Lans”la üz-üzə gəlib və inamlı qələbəyə sevinib.

Lider PSJ “Reyms”i qəbul edib və darmadağına sevinib. “Monako” isə çətin “Monpelye” səfərinə yollanıb və xalsız qayıdıb.

Fransa Liqa 1, 22-ci tur

21 yanvar

Lion – Sent-Etyen 1:0
Qol
: Dembele, 15-pen.

22 yanvar

Brest – Lill 2:0
Qol
: Djalo, 3. Munye, 90+4.

Lans – Marsel 0:2
Qol
: Payet, 34-pen. Bakambu, 77.

23 yanvar

Mets – Nitsa 0:2
Qol
: Turam, 58. Quiri, 86-pen.

Anje – Trua 2:1
Qol
: Manqani, 26; 37 – Dominqes, 11.

Bordo – Strasburq 4:3
Qol
: Huanq, 17; 39; 90. Elis, 21 – Qameyro, 43; 57. Macid, 90+6.

Klermon – Renn 2:1
Qol
: Da Kunya, 60. Tell, 71 Santamariya, 19.

Nant – Loryan 4:2
Qol
: Jirotto, 39. Muani, 53. Bukari, 69. Gebbels, 86 – Moffi, 56. Soumano, 85.

Monpelye – Monako 3:2
Qol
: Vahi, 13. Mavididi, 32; 90+1 – Ben Yedder, 34. Vanderson, 82.

PSJ – Reyms 4:0
Qol
: Verratti, 44. S.Ramos, 62. Faes, 67-öz qapısına. Danilo, 75.

Bombardir: Vissam Ben Yedder (“Monako”), Conatan Devid (“Lill”) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button