Son çempion məğlubiyyətdən son anda qaçdı

Dünən Fransa Liqa 1-də 2021/2022 mövsümünün ilk turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, yeni mövsümün açılış matçında “Monako” və “Nant” komandaları üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xal ilə kifayətləniblər.

İkinci oyun günündə iki qarşılaşma keçirilib. “Lion” doğma meydanda “Brest”lə heç-heçə edib. PSJ isə səfərdə “Trua”nı məğlub edib.

Turun əksər qarşılaşmaları sonuncu oyun günündə təsadüf edib. “Renn” – “Lans”, “Nitsa” – “Reyms” və “Sent-Etyen” – “Loryan” matçlarında qalib müəyyənləşməyib. “Bordo” evdə “Klermon”a, “Strasburq” isə “Anje”yə uduzub.

Son çempion “Lill” səfərdə “Mets”lə qarşılaşıb. Qonaqlar bu oyunda məğlubiyyətdən son anda xilas olublar. Marsel “Olimpik”i isə “Monpelye” ilə səfər oyununda əzmkar qələbəyə sevinib.

Fransa Liqa 1, 1-ci tur

6 avqust

Monako – Nant 1:1
Qol
: Martins, 14 – Kastelletto, 42.

7 avqust

Lion – Brest 1:1
Qol:
İ.Slimani, 62 – İ.Kardona, 43.

Trua – PSJ 1:2
Qol:
U.Haccam, 9 – Ə.Hakimi, 19. M.İkardi, 21.

8 avqust

Renn – Lans 1:1
Qol
: Sulemana, 14 – Fofana, 19.

Bordo – Klermon 0:2
Qol
: Bayo, 82. Dossu, 90+2.

Nitsa – Reyms 0:0

Sent-Etyen – Loryan 1:1
Qol
: Xazri, 70 – Le Qoff, 52.

Strasburq – Anje 0:2
Qol
: Traore, 57. Bahoken, 81.

Mets – Lill 3:3
Qol
: Kentonze, 31; 52. Udol, 41 – Botman, 23. İkone, 81. B.Yılmaz, 90+6.

Monpelye – Marsel 2:3
Qol
: L.Peres, 30-öz qapısına. Laborde, 34 – C.Ünder, 68. Payet, 75; 80.

Bombardir: Fabyen Kentonze (“Mets”), Dmitri Payet (“Marsel”) – 2 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button