PSJ səfərdə, “Qarabağ”ın rəqibi evdə xal itirdi

Bu gün futbol üzrə Fransa Liqa 1-də 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni vaxtda keçirilib.

Lider PSJ bu turda “Loryan”ın qonağı olub və xal itkisi ilə üzləşib. “Lion” isə “Mets”lə qarşılaşmadan xal itkisi ilə ayrılıb.

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi “Marsel”in bu turdakı rəqibi “Reyms” olub. Marsellilər məğlubiyyətdən son anda penaltidən vurduqları qol sayəsində qurtulublar. “Monako” isə “Renn”lə ev oyunundan qalib ayrılıb.

“Klermon” – “Strasburq” matçı güclü duman səbəbindən təxirə salınıb.

Fransa Liqa 1, 19-cu tur

22 dekabr

Bordo – Lill 2:3
Qol
: Elis, 18; 45 – Andre, 33. B.Yılmaz, 77-pen. David, 84.

Lion – Mets 1:1
Qol
: Lukeba, 56 – Traore, 59.

Loryan – PSJ 1:1
Qol
: Monkondui, 40 – İkardi, 90+1.

Marsel – Reyms 1:1
Qol
: Payet, 90+7-pen – Ekitike, 75.

Monako – Renn 2:1
Qol
: Ben Yedder, 35-pen. Folland, 72 – Terrye, 16.

Monpelye – Anje 4:1
Qol
: Savanye, 14. Kotsa, 30. Ristiç, 51. Mavididi, 76 – Laqe, 45+1.

Nitsa – Lans 2:1
Qol
: Lemina, 63. Kluyvert, 79 – Kalimuendo, 30.

Sent-Etyen – Nant 0:1
Qol
: Muani, 83.

Trua – Brest 1:1
Qol
: Rami, 80 – Honorat, 5.

Bombardir: Conatan David (“Lill”) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button