“Lion” səfərdən 1 xalla döndü

Futbol üzrə Fransa Liqa 1-də 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Marsel” doğma meydanda “Brest”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Son çempion “Lill” bu dəfə “Trua” ilə üz-üzə gəlib. Bu oyunda da üç qol qeydə alınıb. Lakin qələbəni meydan sahibləri bayram ediblər. Lider PSJ isə “Lans”la qarşılaşıb. Paris təmsilçisi bu oyunda məğlubiyyətdən son anda qurtulub.

Turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib. Dörd qolun qeydə alındığı “Bordo” – “Olimpik” (Lion) matçında qalib müəyyənləşməyib. “Monako” “Mets”i, “Monpelye” isə “Klermon”u məğlub yola salıb. “Sent-Etyen” evdə “Renn”ə, “Loryan” “Nant”a, “Reyms” “Anje”yə, “Nitsa” isə “Strasburq”a uduzub.

Fransa Liqa 1, 17-ci tur

4 dekabr

Marsel – Brest 1:2
Qol
: Jerson, 29 – Fevr, 53-pen. Honorat, 70.

Lill – Trua 2:1
Qol
: David, 48. Jirodon, 85-öz qapısına – Dinyom, 6.

Lans – PSJ 1:1
Qol
: Fofana, 62 – Veynaldum, 90+2.

5 dekabr

Sent-Etyen – Renn 0:5
Qol
: Terrye, 22; 28; 48. Makon, 45-öz qapısına. Uqoçukvu, 83.

Loryan – Nant 0:1
Qol
: Siprien, 83.

Monako – Mets 4:0
Qol
: Diop, 2. Volland, 44-pen. Martins, 57. Ben Yedder, 87.

Monpelye – Klermon 1:0
Qol
: Vahi, 28.

Reyms – Anje 1:2
Qol
: Ekitike, 59-pen – Bufal, 49-pen. Fulgini, 75.

Nitsa – Strasburq 0:3
Qol
: Ayorke, 21. Diallo, 81. Tomasson, 84.

Bordo – Lion 2:2
Qol
: Qusto, 36-öz qapısına. Elis, 58 – Denayer, 29. Mendes, 41.

Bombardir: Conatan David (“Lill”) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button