“Monako” darmadağına sevindi, “Lill” xal itirdi

Futbol üzrə Fransa Liqa 1-də 12-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Strasburq” “Renn”lə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Lider PSJ bu turda “Bordo”nun müqavimətini qırmağa çalışıb. Lakin dörd qolun qeydə alındığı matçda parislilər heç-heçəyə razılaşıblar. Marsel “Olimpik”i isə “Nant”la ev oyununda inamlı qələbəyə sevinib.

Sonuncu oyun günündə 7 qarşılaşma baş tutub. Lion “Olimpik”i “Reyms”i, “Monako” “Nim”i darmadağın edib. “Lans” evdə “Anje”yə, “Loryan” “Monpelye”yə, “Mets” “Brest”ə, “Nitsa” da “Dijon”a uduzub. “Sent-Etyen” – “Lill” maçında isə qalib müəyyənləşməyib.

Fransa Liqa 1, 12-ci tur

27 noyabr

Strasburq – Renn 1:1
Qol
: Tomasson, 24 – Hunu, 61.

28 noyabr

Marsel – Nant 3:1
Qol
: Toven, 2. Payet, 35. Benedetto, 60-pen – Blez, 73.

PSJ – Bordo 2:2
Qol
: Neymar, 27-pen. Kin, 28 – Pembele, 10-öz qapısına. Adli, 60.

29 noyabr

Lion – Reyms 3:0
Qol
: Ekambi, 22. Bruno, 49. Dembele, 66.

Lans – Anje 1:3
Qol
: Kalimuendo, 34 – Pereyra, 22. Bahoken, 49. Kapelle, 90+1.

Loryan – Monpelye 0:1
Qol
: Skuletiç, 79.

Mets – Brest 0:2
Qol
: Kardona, 12; 64.

Monako – Nim 3:0
Qol
: Diop, 19. Martins, 75. Volland, 77.

Nitsa – Dijon 1:3
Qol
: Quiri, 80 – Balde, 21; 66. Nqonda, 31.

Sent-Etyen – Lill 1:1
Qol
: Xazri, 33 – İkone, 65.

Bombardir: Kilian Mbappe (PSJ) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button