“Lill” uduzdu, “Monako” inamlı qələbəyə sevindi

Futbol üzrə Fransa Liqa 1-də 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında “Marsel”lə “Strasburq” üz-üzə gəlib. Qonaqlar bu görüşdən minimal hesabla qalib ayrılıblar.

Lider PSJ bu turda “Renn”i qəbul edub və 3 cavabsız qolla qalib gəlib. “Monpelye” isə səfərdə “Bordo”dan üstün olub.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Lill” “Brest”lə səfər oyunundan məğlub ayrılıb. “Monako” isə “Nitsa” səfərindən inamlı qələbə ilə dönüb. Turnir cədvəlində 6-cı sırada qərarlaşan “Lion” bu turda “Sent-Etyen”i məğlub edib.

8 qolun qeydə alındığı “Lans – Reyms”, eləcə də “Mets” – “Dijon” oyunlarında qalib müəyyənləşməyib. “Loryan” evdə “Nant”a, “Nim” isə “Anje”yə uduzub.

Fransa Liqa 1, 10-cu tur

6 noyabr

Strasburq – Marsel 0:1
Qol
: Sanson, 72.

7 noyabr

Bordo – Monpelye 0:2
Qol: Molle, 49. Delor, 66.

PSJ – Renn 3:0
Qol
: M.Kin, 11. Di Maria, 21; 73.

8 noyabr

Brest – Lill 3:2
Qol
: Pyerr-Qabriel, 15. Perro, 19. Kardona, 42 – B.Yılmaz, 45+2-pen; 57.

Lans – Reyms 4:4
Qol
: Banza, 21. Foket, 77-öz qapısına. Sotoka, 90; 90+1 – Kafaro, 47. Dia, 54; 81. Medina, 79-öz qapısına.

Loryan – Nant 0:2
Qol
: Bamba, 80. Blas, 83.

Mets – Dijon 1:1
Qol
: Yade, 21 – Balde, 13.

Nim – Anje 1:5
Qol
: Kone, 90+1 – Pereyra, 1. Bahoken, 23; 56. Dioni, 82. Kabot, 90+3.

Nitsa – Monako 1:3
Qol
: Melu, 69 – Disasi, 23. Diop, 53.

Lion – Sent-Etyen 2:1
Qol
: Kadevere, 65; 74 – A.Lopes, 40-öz qapısına.

Bombardir: Boulaye Dia (Reyms) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button