“Lill” PSJ ilə heç-heçəyə razılaşdı

Futbol üzrə Fransa Liqa 1-də 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “Mets” “Lans”la qarşılaşıb. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər. “Marsel” bu dəfə “Reyms”lə qarşılaşıb və xal itkisi ilə üzləşib.”Lion” isə “Nitsa” ilə səfər oyununda 4 qolla qalib gəlib.

Turun mərkəzi görüşündə lider “Lill” doğma meydanda ən yaxın izləyicisi PSJ-ni qəbul edib. Bu qarşılaşmada qapılara qol vurulmayıb. Son turda “Lans”a darmadağın olan “Monako” bu dəfə “Dijon”un müqavimətini qırmağı bacarıb və minimalhesablı qələbəyə sevinib.

Fransa Liqa 1, 16-cı tur

19 dekabr

Mets – Lans 2:0
Qol
: Nquette, 30. Bulaya, 90+3.

Marsel – Reyms 1:1
Qol
: Toven, 45 – Naqatomo, 21-öz qapısına.

Nitsa – Lion 1:4
Qol
: Quiri, 44 – Depay, 32-pen. Kadevere, 39. Ekambi, 63. Auar, 73.

20 dekabr

Brest – Monpelye 2:2
Qol
: Filippoto, 58. Şardonne, 79 – Lyabord, 45+1. Delor, 82.

Dijon – Monako 0:1
Qol
: Folland, 15.

Nant – Anje 1:1
Qol
: Traore, 90+4 – Toma, 42.

Strasburq – Bordo 0:2
Qol
: Pablo, 38. Otavio, 66.

Sent-Etyen – Nim 2:2
Qol
: Mukudi, 8. Nordin, 63 – Ahlinvi, 14. Ripar, 56-pen.

Loryan – Renn 0:3
Qol
: Da Silva, 23. Burijo, 79. Terrye, 76.

Lill – PSJ 0:0

Bombardir: Kilian Mbappe (PSJ) – 11 qol.