PSJ uduzdu, “Lill” liderliyə yüksəldi

Futbol üzrə Fransa çempionatında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Sent-Etyen” “Anje”ni qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

“Monako” bu turda çətin “Marsel” səfərinə yollanıb. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbəyə seviniblər. “Lans” isə evdə “Monpelye”yə uduzub.

Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib. “Nitsa” evdə “Renn”ə uduzubsa, “Brest” “Reyms”i, “Loryan” “Nim”i məğlub yola salıb. “Nant” – “Dijon” və “Strasburq” – “Mets” matçlarında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşü Parisdə keçirilib. Lider PSJ doğma meydanda Lion “Olimpik”ini sınağa çəkib. Qonaqlar bu görüşdə minimal hesabla qalib gəliblər. “Lill” də “Bordo” üzərində qələbə sayəsində zirvəyə yüksəlib. Hazırda “Lill” və “Lion” 29 xalla ilk iki pilləni bölüşürlərsə, PSJ üçüncü sıraya enib.

Fransa Liqa 1, 14-cü tur

11 dekabr

Sent-Etyen – Anje 0:0

12 dekabr

Marsel – Monako 2:1
Qol
: Toven, 5. Benedetto, 13 – Ben Yedder, 79-pen.

Lans – Monpelye 2:3
Qol
: Omlin, 36-öz qapısına. Kakuta, 50-pen – Mavididi, 16. Mendes, 26. Laborde, 69.

13 dekabr

Nitsa – Renn 0:1
Qol
: Nyanq, 28.

Brest – Reyms 2:1
Qol
: Honorat, 30. Munye, 77 – Zeneli, 65.

Loryan – Nim 3:0
Qol
: Boysqard, 2. Hamel, 29. Vissa, 90.

Nant – Dijon 1:1
Qol
: Simon, 24-pen – Konate, 54.

Strasburq – Mets 2:2
Qol
: Simakan, 66. Tomasson, 78 – Bronn, 35-pen. Nquette, 70.

Lill – Bordo 2:1
Qol
: Bamba, 17. Fonte, 45 – Basiç, 29.

PSJ – Lion 0:1
Qol
: Kadevere, 35.

This image has an empty alt attribute; its file name is Fransa-14-1.png

Bombardir: Kilian Mbappe (PSJ) – 10 qol.