“Lill” “Monako”nu məğlub yola saldı

Futbol üzrə Fransa çempionatında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Marsel” səfərdə “Nim”lə qarşılaşıb. Qonaqlar bu görüşdə inamlı qələbəyə seviniblər.

Şənbə günü iki görüş baş tutub. “Renn” doğma meydanda “Lans”a uduzub. Lider PSJ isə “Monpelye” ilə qarşılaşıb. Paris təmsilçisi səfərdən inamlı qələbə ilə dönüb.

“Lion” “Mets” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. Turun mərkəzi görüşündə “Lill” və “Monako” komandaları üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Fransa Liqa 1, 13-cü tur

4 dekabr

Nim – Marsel 0:2
Qol
: Benedetto, 57. Jerman, 84.

5 dekabr

Renn – Lans 0:2
Qol
: Kalimuendo, 28. Qanaqo, 78.

Monpelye – PSJ 1:3
Qol
: Mavididi, 41 – Daqba, 33. M.Kin, 77. Mvbappe, 90+2.

6 dekabr

Lill – Monako 2:1
Qol
: David, 53. Y.Yazıçı, 65 – Pelleqri, 90.

Anje – Loryan 2:0
Qol
: Fulqini, 10. Kapelle, 90+6.

Bordo – Brest 1:0
Qol
: Ben Arfa, 84.

Dijon – Sent-Etyen 0:0

Nant – Strasburq 0:3
Qol
: Linard, 16. Diallo, 34. Ayorke, 78-pen. Zohi, 83.

Reyms – Nitsa 0:0

Mets – Lion 1:3
Qol
: Bulaya, 76 – Depay, 17. Ekambi, 47; 60.

Bombardir: Kilian Mbappe (PSJ) – 10 qol.