“Monako” “Sent-Etyen”ə məğlub oldu

Fransa Liqa 1-də 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış oyununda lider PSJ səfərdə “Dijon”un qonağı olub. Paris təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. Mövsümə uğursuz start verən “Marsel” öz meydanında “Lill”i qəbul edib və qələbə qazanıb. “Lion” isə “Tuluza” ilə səfər qarşılaşmasından qalib ayrılıb. “Amyen” “Brest”i, “Anje” “Strasburq”u məğlub yola salıb. “Mets” – “Monpelye” matçında qalib müəyyənləşməyib. “Nim” – “Renn” qarşılaşması isə güclü yağış səbəbindən təxirə salınıb.

Turun maraqla gözlənilən qarşılaşmasında “Monako” “Sent-Etyen”in qonağı olub. Knyazlıq təmsilçisi səfərdə minimal hesabla məğlub olub.

Fransa Liqa 1, 12-ci tur

1 noyabr

Dijon – PSJ 2:1
Qol
: Şuyar, 45+6. Kadis, 48 – Mbappe, 20.

2 noyabr

Marsel – Lill 2:1
Qol
: Sanson, 47. Qabriel, 70-öz qapısına – Soumaoro, 83.

Amyen – Brest 1:0
Qol
: Otero, 27.

Anje – Strasburq 1:0
Qol
: Bahoken, 26-pen.

Tuluza – Lion 2:3
Qol
: Sanoqo, 15. A.Lopes, 57-öz qapısına – Depay, 26; 90+5. Dembele, 67.

Mets – Monpelye 2:2
Qol
: Diallo, 26. Nquette, 47 – Delor, 72. Sambia, 78.

Nim – Renn matçı təxirə salınıb

3 noyabr

Bordo – Nant 2:0
Qol
: Kamano, 37. Huanq, 57.

Nitsa – Reyms 2:0
Qol
: Kiprien, 32. Herelle, 41.

Sent-Etyen – Monako 1:0
Qol
: Bouanqa, 59.

Bombardir: Vissam Ben Yedder (Monako) – 9 qol.