PSJ-dən “Marsel”lə heç-heçə

Futbol üzrə Fransa çempionatında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Sent-Etyen” “Anje” ilə qarşılaşıb. “Sent-Etyen” azarkeşlərinin arenada törətdiyi iğtişaşlar səbəbindən bu matç nəzərdə tutulandan bir saat gec başlayıb. Cari mövsümdə cəmi 4 heç-heçəsi olan “Sent-Etyen” bu oyunda da yalnız son anda məğlubiyyətdən qurtulmasına sevinə bilib.

Şənbə günü iki görüş baş tutub. “Nant” doğma meydanda “Klermon” üzərində qələbəyə sevinib. Son çempion “Lill” isə “Brest”lə ev oyunundan xal itkisi ilə ayrılıb.

“Lion” bu turda “Nitsa” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib. “Monako” isə “Monpelye”ni qəbul edib və inamlı qələbəyə sevinib. Turun mərkəzi görüşündə lider PSJ səfərdə “Marsel”lə üz-üzə gəlib. Bu görüşdə qapılara qol vurulmayıb.

Fransa Liqa 1, 11-ci tur

22 oktyabr

Sent-Etyen – Anje 2:2
Qol
: Xazri, 61. Nade, 90+4 – Traore, 28. Fulgini, 56.

23 oktyabr

Nant – Klermon 2:1
Qol
: Jirotto, 38. Blas, 61 – Bayo, 49.

Lill – Brest 1:1
Qol
: David, 19 – Fevr, 32.

24 oktyabr

Nitsa – Lion 3:2
Qol
: Atal, 81. Delor, 89. Jessan, 90+1 – Ekambi, 35. Auar, 68.

Lans – Mets 4:1
Qol
: Said, 14; 37. Qanaqo, 83. Frankovski, 90 – De Preville, 33.

Reyms – Trua 1:2
Qol
: Abdelhamid, 6 – Balde, 41. Şavalerin, 65.

Loryan – Bordo 1:1
Qol
: Laporte, 76 – Elis, 46.

Renn – Strasburq 1:0
Qol
: Aqerd, 82.

Monako – Monpelye 3:1
Qol
: Volland, 12. Ben Yedder, 17. Martins, 62 – Savanye, 81-pen.

Marsel – PSJ 0:0

Bombardir: Məhəmməd Bayo (Klermon), Conatan Devid (Lill), Qaetan Lyabord (Renn) – 6 qol.