“Bu gün daha istəkli idik” – Tərlan Əhmədov

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

– Maraqlı oyun oldu. Bu oyunda daha istəkli idik. Yaxşı mübarizə apararaq, qələbə qazandıq. Müdafiədə səhvə yol vermədik. Bu gün bu məni sevindirdi. Amil Yunanov, Andre Klennon, Sərtan Taşkın kimi futbolçuların yoxluğunda oynadıq. İtkilərə baxmayaraq, komanda əzmkar oyun nümayiş etdirdi.

– Deyəsən, “Sabah”ı yaxşı təhlil etmişdiz. Çünki rəqib cərimə meydançanıza girə bilmirdi…
– Hər rəqibi təhlil edirik. Həmişə baxımlı oyun oynamağa çalışırıq. Əks tərəfin necə olduğu mənim marağımda deyil. Öz komandamın oyunundan razı qaldım. İstədiyimin 60-70 faizini aldım.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button