MY PSJ-yə uduzdu, “Çelsi”, “Yuventus” və “Barselona” darmadağına sevindi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarının oyunları keçirilib.

Turnirin son qalibi “Bavariya” 1-ci yeri təmin etdiyi A qrupunda “Atletiko” ilə heç-heçə edib. “Lokomotiv” isə “Zalsburq”a məğlub olub.

“Şaxtyor” “Real”ı ikinci dəfə məğlub etməklə B qrupunda 2-ci pilləyə yüksəlib. Münhenqladbax “Borussiya”sı “İnter”ə uduzsa da, liderliyini qoruyub. B qrupunda son tur ərəfəsində bütün komandalar 1/8 final şansını saxlayıb.

“Portu” ilə üz-üzə gələn “Mançester Siti” ilk xal itkisinə üzülüb. Bu nəticə ingilislərə C qrupunun qalibi adını qazandırıbsa, “Portu” 1/8 finala vəsiqəni təmin edib. Autsayderlərin görüşündə də Marsel “Olimpik”i “Olimpiakos”u üstələyib.

D qrupunun lideri “Liverpul” “Ayaks” üzərində qələbə ilə 1/8 finala vəsiqəni təmin edib. “Atalanta” qrup sonuncusu “Midtyulland”la heç-heçə oynayıb.

E qrupunda “Sevilya” üzərində səfərdə böyükhesablı qələbə “Çelsi”ni 1-ci pillədə əlçatmaz edib. “Renn”i üstələyən “Krasnodar” isə qrup üçüncüsü kimi Avropa Liqasında iştirakı rəsmiləşdirib.

F qrupunda “Latsio” ilə bərabərə qalan Dortmund “Borussiya”sı 1/8 finala adlamağı təmin edibsə, almanlara kimin yoldaş olacağına son turda İtaliya klubu ilə “Brügge” öz arasında müəyyənləşdirəcək.

G qrupundakı matçlar formal xarakter daşısa da, “Barselona” və “Yuventus” növbəti 3 xalı aktivlərinə yazdırmaqda çətinlik çəkməyiblər. Bu iki nəhəng klub son turda kimin birinci yeri tutacağına İspaniyada aydınlıq gətirəcək.

Ən gərgin mübarizə H qrupunda gedir. Bol qollu qarşılaşmada “Başakşəhər”i Türkiyədə məğlub edən “Leyptsiq” şansını son tura daşımağa müvəffəq olub. “Mançester Yunayted” üzərində səfər qələbəsi qazanan PSJ həm revanşı alıb, həm də vəziyyətini yaxşılaşdırıb. Son tur öncəsi “Mançester Yunayted”, PSJ və “Leyptsiq” eyni sayda xala malikdir.

UEFA Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur

1 dekabr

A qrupu

Lokomotiv (Moskva, Rusiya) – Zalsburq (Avstriya) 1:3
Qol
: Mirançuk, 79-pen – Berişa, 28; 41. Adeyemi, 81.

Atletiko (İspaniya) – Bavariya (Almaniya) 1:1
Qol
: J.Feliks, 26 – Müller, 86-pen.

B qrupu

Şaxtyor (Donetsk, Ukrayna) – Real (İspaniya) 2:0
Qol
: Dentinyo, 57. Solomon, 82.

Borussiya (Münhenqladbax, Almaniya) – İnter (İtaliya) 2:3
Qol
: Plea, 45+1; 76 – Darmian, 17. Lukaku, 64; 73.

C qrupu

Portu (Portuqaliya) – Mançester Siti (İngiltərə) 0:0

Marsel (Fransa) – Olimpiakos (Yunanıstan) 2:1
Qol
: Payet, 55-pen; 75-pen – Kamara, 33.

D qrupu

Liverpul (İngiltərə) – Ayaks (Niderland) 1:0
Qol
: Cons, 58.

Atalanta (İtaliya) – Midtyulland (Danimarka) 1:1
Qol
: Romero, 79 – Şolts, 13.

2 dekabr

E qrupu

Krasnodar (Rusiya) – Renn (Fransa) 1:0
Qol
: Berq, 71.

Sevilya (İspaniya) – Çelsi (İngiltərə) 0:4
Qol
: Jiru, 8; 54; 74; 83-pen.

H qrupu

Başakşəhər (Türkiyə) – Leyptsiq (Almaniya) 3:4
Qol
: İ.Kahveci, 45+3; 72; 85 – Poulsen, 26. Mukiele, 43. Olmo, 66. Sorlot, 90+2.

Mançester Yunayted (İngiltərə) – PSJ (Fransa) 1:3
Qol
: Reşford, 32 – Neymar, 6; 90+1. Markinyos, 69.

F qrupu

Brügge (Belçika) – Zenit (Rusiya) 3:0
Qol
: De Ketelaere, 33. Vanaken, 58. Lanq, 74.

Borussiya (Dortmund, Almaniya) – Latsio (İtaliya) 1:1
Qol
: Gerreyro, 44 – İmmobile, 66.

G qrupu

Yuventus (İtaliya) – Dinamo (Kiyev, Ukrayna) 3:0
Qol
: Kyeza, 21. Ronaldo, 57. Morata, 66.

Ferentsvaroş (Macarıstan) – Barselona (İspaniya) 0:3
Qol
: Qrizmann, 14. Breytveyt, 20. Dembele, 28-pen.

Bombardir: Alvaro Morata (Yuventus), Markus Reşford (Mançester Yunayted), Erlinq Haland (Borussiya D) – 6 qol.