“Real” evdə, “Yuventus” səfərdə uduzdu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun həftəsində 4 qarşılaşma keçirilib. Madrid “Atletiko”su doğma azarkeşləri qarşısında son çempion “Liverpul”u qəbul edib və minimal hesabla qələbə qazanıb.

Fransanın PSJ klubu isə Almaniyada Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda da meydan sahibləri qələbəni bayram edən tərəf olublar.

“Tottenhem” “Leyptsiq”i, “Atalanta” isə “Valensiya”nı qəbul edib. London klubu doğma meydanda almanlara minimal hesabla məğlub olub. “Atalanta” isə ispanları ilk oyunda darmadağınla məğlub edib.

Dünən iki qarşılaşma keçirilib. “Çelsi” “Bavariya”nı, “Napoli” isə “Barselona”nı qəbul edib. Münhen təmsilçisi Londonda darmadağınla qalib gələrək cütün taleyini demək olar ki, ilk oyunda bitirib. “Barselona” isə Neapoldan sərfəli heç-heçə ilə qayıdıb.

Bu gün keçirilən “Real” – “Mançester Siti” və “Lion” – “Yuventus” matçlarıyla 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. “Real” öz meydanında, “Yuventus” isə səfərdə uduzub.

Çempionlar Liqası, 1/8 final mərhələsi, ilk oyunlar

26 fevral

Lion (Fransa) – Yuventus (İtaliya) 1:0
Qol: Tusar, 31.
Baş hakim: Xesus Qil Mansano (İspaniya)

Lion: Lopes, Denayer, Marselo, Dubua, Marsal, B.Gimaraynş, Auar, Tusar, Korne, Ekambi, Dembele
Yuventus: Şensnı, Danilo, De Liqt, Bonuççi, A.Sandro, Bentankur, Rabyo, Pyaniç, Kuadrado, Dibala, Ronaldo

Real (İspaniya) – Mançester Siti (İngiltərə) 1:2
Qol: İsko, 60 – Q.Jezus, 78. De Bruyne, 83-pen.
Baş hakim: Daniel Orsato (İtaliya)

Real: Kurtua, Karvahal, Ramos, Varan, Mendi, Kazemiro, Modriç, Valverde, İsko, Vinisius, Benzema
Mançester Siti: Ederson, Uolker, Laport, Otamendi, Mendi, Rodri, Gündoğan, Mahrez, De Bruyne, B.Silva, Q.Jezus

25 fevral

Çelsi (İngiltərə) – Bavariya (Almaniya) 0:3
Qol: Qnabri, 51; 54. Levandovski, 76.
Baş hakim: Klemen Turpin (Fransa)

Çelsi: Kabalyero, Rudiger, Alonso, Kristensen, Aspilikueta, Ceyms, Jorjinyo, Barkli, Kovaçiç, Maunt, Jiru.
Bavariya: Noyer, Pavar, Boatenq, Alaba, Kimmix, Alkantara, Qnabri, Koman, Devis, Müller, Levandovski.

Napoli (İtaliya) – Barselona (İspaniya) 1:1
Qol:
Mertens, 30 – Qrizmann, 57.
Qırmızı vərəqə: Vidal, 89.
Baş hakim: Feliks Brix (Almaniya)

Napoli: Ospina, Demme, Mario Ruy, Maksimoviç, Di Lorenso, Manolas, Ruis, Zelinski, Mertens, Kalyexon, İnsinye.
Barselona: Ter Ştegen, Semedo, Pike, Umtiti, Firpo, Buskets, De Yonq, Vidal, Rakitiç, Qrizmann, Messi.

18 fevral

Atletiko (İspaniya) – Liverpul (İngiltərə) 1:0
Qol:
Saul, 4.
Baş hakim: Şimon Marçinyak (Polşa)

Borussiya (Dortmund, Almaniya) – PSJ (Fransa) 2:1
Qol:
Haland, 69; 77 – Neymar, 75.
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)

19 fevral

Tottenhem (İngiltərə) – Leyptsiq (Almaniya) 0:1
Qol:
Verner, 58-pen.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Atalanta (İtaliya) – Valensiya (İspaniya) 4:1
Qol:
Hatebor, 16; 63. İliçiç, 42. Froyler, 57 – Çerışev, 66.
Baş hakim: Maykl Oliver (İngiltərə)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button