Koronavirus Belarusu qorxutmur! – Yeni mövsüm başlayır

Bu gün Belarus Premyer Liqasında yeni mövsümə start veriləcək.

Komanda.az xəbər verir ki, Belarus Futbol Federasiyası qarşılaşmaların azarkeşli oynanılacağını açıqlayıb.

Dünyada geniş yayılan koronavirus pandemiyasına görə Avropanın TOP-5 çempionatları, eləcə də, digər ölkələrin liqaları təxirə salınıb, oyunlar isə azarkeşsiz keçirilir.

Belarusda koronavirusa yoluxanların sayı 36-dır.

Belarus Liqasının 1-ci turunun açılış matçında bu gün “Energetik”lə BATE üz-üzə gələcək. Görüş saat 18:00-da start götürəcək.