Yeni meydança istifadəyə verildi – Bakıda

Bu gün Bakı şəhərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Yasamal rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA rəsmiləri, həmçinin, veteran futbolçular – İsgəndər Cavadov, Vəli Qasımov, Milli Məclisin deputatı Elnur Allahverdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışda iştirak edən uşaqlar və qonaqların iştirakı ilə simvolik olaraq futbol oyunu keçirilib.