“Qarabağ” darmadağınla zirvədə, “Sabah”dan ardıcıl 6-cı məğlubiyyət

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında “Keşlə” “Qəbələ” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə yekunlaşıb.

Günün digər matçında lider “Sumqayıt” səfərdə “Səbail”in qonağı olub. Bayılda yerləşən “ASCO Arena”da keçirilən oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşü bu gün keçirilib. Ötən turda “Keşlə”ni darmadağın edən “Qarabağ” bu dəfə əzəli rəqibi “Neftçi” ilə qarşılaşıb. 8-ci km stadionunda keçirilən görüşdə Ağdam klubu 6 cavabsız qola sevinib.

Turun son matçında ardıcıl 5 oyundur ki, məğlub olan “Sabah” “Zirə” ilə qarşılaşıb. Visente Qomesin rəhbərlik etdiyi komanda bu görüşdən də minimal hesabla məğlub ayrılıb.

Azərbaycan Premyer Liqası, 9-cu tur

7 noyabr

Keşlə – Qəbələ 3:1
Qol:
Sezar Meza Kolli, 41. Asif Məmmədov, 74-avtoqol. Silvio Rodriqes, 90 – Nikolas Raysel, 32
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 20. Rail Məlikov, 21. Miyusko Boyoviç, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov
Baş məşqçi: Yunis Hüseynov

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 26. Stefan Vukçeviç, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev

______________________________________________________________________________

Səbail – Sumqayıt 2:1
Qol:
Rauf Əliyev, 42. Adil Nağıyev, 77 – Rəhim Sadıxov, 84-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”.

Səbail: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

8 noyabr

Neftçi – Qarabağ 0:6
Qol:
Filip Ozobiç, 20, 28-pen., 52. Mahir Emreli, 39. Abdullah Zubir, 50. Musa Qurbanlı, 75
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Hakim-inspketor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
8-ci km stadionu

Neftçi: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 20. Mert Çelik

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 13. Prins İbara, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Füzuli Məmmədov

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, (k) 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov

Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Qerye, 22. Musa Qurbanlı, 21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov

______________________________________________________________________________

Sabah – Zirə 0:1
Qol: A.Ramazanov, 58.
43-cü dəqiqədə R.Şeydayev penaltidən yararlana bilməyib (qapıçı)
Qırmızı vərəqə: M.Albino, 90 (ikinci sarı).
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”

Sabah: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 30. Mario Marina, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 98. Yusif İmanov, 19. Təmkin Xəlilzadə, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 77. Veysəl Rzayev
Baş məşqçi: Visento Qomes

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı

Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button