“Qarabağ” “Sumqayıt”ı məğlub yola saldı

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Mövsümə uğurlu start verən “Qəbələ” açılış matçında “Səbail”i qəbul edib. Meydan sahibləri bu oyunda beş cavabsız qolla qalib gəliblər.

Bu turadək qələbəyə həsrət qalan və 0 xalla sonuncu olan “Sabah” çətin “Zirə” səfərinə yollanıb. Bu görüş isə bərabərliklə başa çatıb.

“Neftçi” bu turda doğma meydanda “Keşlə”ni sınağa çəkib. Meydan sahibləri bu oyunda 3 cavabsız qolla qalib gəliblər.

Turun son matçında “Qarabağ” “Sumqayıt”la üz-üzə gəlib. Ağdam təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Azərbaycan Premyer Liqası, 4-cü tur

18 sentyabr

Qəbələ – Səbail 5:0
Qol: R.Muradov, 65. Ü.İsgəndərov, 83. E.Şahverdiyev, 89. R.Utriq, 90+1. İ.Alimi, 90+4.
Qırmızı vərəqə: Ə.Qarəhmədov, 85 (ikinci sarı).
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Kamran Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu, 17:00

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

Səbail: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev (k), 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 30. Camal Araqo, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev

______________________________________________________________________________________________________________________________

Zirə – Sabah 1:1
Qol: M.Hamdaui, 49 – Ş.Periçiç, 83.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Rəhman İmami, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 19:15

Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 2. Sərtan Taşkın, 15. Ruslan Abışov, 26. Nemanya Andelkoviç, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 13. Ramin Əhmədov, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 21. İldar Alekperov.
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 11. Kristian Sebalyos, 5. Arsen Ağcabəyov, 6. İdris İnqilablı, 77. Veysəl Rzayev, 66. Abdulax Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Ramin Quliyev.

______________________________________________________________________________________________________________________________

19 sentyabr

Neftçi – Keşlə 3:0
Qol: S.M.Kolli, 36. R.Maçado, 50. İ.Zülfüqarlı, 68.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
8-ci km, 18:30

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 36. Mamadu Kane, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 91. Ramon Maçado, 9. Tyaqo Bezerra, 98. Famil Camalov, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 29. Amil Yunanov, 77. Merab Giqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 99. Rafael Məhərrəmli, 21. Miyusko Boyoviç, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 33. Fərid Nadirov.
Baş məşqçi: Sənan Qurbanov.

______________________________________________________________________________________________________________________________

20 sentyabr

Qarabağ – Sumqayıt 2:0
Qol: F.Ozobiç, 42-pen; 90+5.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, 19:00

Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 6. Patrik Andrade, 20. Kadi Malinovski, 25. Vadji İbrahima, 27. Toral Bayramov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 74. Yusif Nəbiyev, 20. Roman Hüseynov, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 27. Nihad Ağayev.
Baş məşqçi: Ayxan Abbasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button