“Qəbələ” “Səbail”ə, “Keşlə” “Neftçi”yə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında lider “Qarabağ” “Zirə” ilə qarşılaşıb. Oyun “köhlən atlar”ın böyük hesablı qələbəsi ilə başa çatıb – 6:0. Bu oyunun nəticəsi həm də, Azərbaycan Premyer Liqasında “Qarabağ”la digər komandalar arasındakı səviyyə fərqinin göstəricisi sayıla bilər.

Günün son matçında isə “Sumqayıt” “Sabah”ı qəbul edib. Bu oyunda isə qonaqlar qələbəyə seviniblər.

Bu gün daha 2 qarşılaşma keçirilib. Günün ilk oyununda “Səbail” “Qəbələ”ni qəbul edib. Hesabı qonaqlar açsa da, sonda meydan sahibləri əzmkar qələbəyə seviniblər. Daha sonra isə turnir cədvəlində 2-ci və 3-cü yerləri bölüşən “Neftçi” və “Keşlə” komandaları üz-üzə gəlib. Bu oyunda da qapılara 4 qol vurulub və qələbəni meydan sahibləri bayram ediblər.

Azərbaycan Premyer Liqası, 17-ci tur

15 fevral

Zirə – Qarabağ 0:6
Qol: Bədavi Hüseynov, 4. Xayme Romero, 11. Mahir Emreli, 14. Ailton Silva, 28. Abdullah Zubir, 61. Maqaye Qeye, 85.
Qırmızı vərəqə: Cavid Hüseynov, 68 (“Zirə”)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu, 15:00

Zirə: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 3. Ali Sisey, 18. Anton Corc, 11. Davit Volkov, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake, 20. Əli Şirinov, 55. Rauf Hüseynli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 3. Ailton Silva, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 7. Araz Abdullayev, 8. Markos Madera, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 27. Kvabena Ovusu, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov

______________________________________________________________________________

Sumqayıt – Sabah 1:2
Qol: Əmir Ağayev, 90+1 – Şakir Seyidov, 59. Ozan Can Kökcü, 62.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt şəhər stadionu, 17:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 46. Aleksey İsayev, 22. Sərtan Taşqın, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 33. Ələkbər Ağayev, 2. Rail Məlikov, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev
Baş məşqçi: Ayxan Abbasov

Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 27. Məqsəd İsayev, 17. Məhəmməd Mirzəbəyov, 13. Filip İvanoviç, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov, 38. Arsen Ağcabəyov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk,10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 32. Rəşad Eyyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 23. Amadu Diallo, 97. Emil Qasımov, 2. Elçin Mustafayev
Baş məşqçi: Jelko Sopiç

______________________________________________________________________________

16 fevral

Səbail – Qəbələ 3:1
Qol: Mirsahib Abbasov, 56. Rauf Əliyev, 70. Hendrik Ekşteyn, 82-pen – Nikolas Raysel, 16.
Qırmızı vərəqə: Fernan Lopez, 75.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“ASCO Arena”, 16:30

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 10. Maykl Esyen, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 8. Lema Mabidi, 3. Turan Manafov, 30. Murad Qayalı, 97. Bahadur Həziyev, 79. Əli Sadıxov, 45. Kənan Quliyev
Baş məşqçi: Aftandil Hacıyev

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 74. Yusif Nəbiyev, 3. İviça Juniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 12. Abdelrafik Jerar, 32. Nikolas Raysel, 19. Rövlan Muradov, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı, 27. Samir Məhərrəmli
Baş məşqçi: Azər Bağırov

______________________________________________________________________________

Neftçi – Keşlə 3:1
Qol: Baqali Dabo, 11. Mamadu Mbodj, 17. Stiven Monroz, 58 – Sezar Meza Kolli, 53-pen.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
8-ci km stadionu, 19:00

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 28. Stiven Monroz, 77. Donald Gerye, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Federiko, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 33. Tərlan Quliyev, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 57. Əkpər Vəliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov
Baş məşqçi: Tərlan Əhmədov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button