Turun yeganə qalibi “Qəbələ” oldu

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Samir Abasovun rəhbərlik etdiyi “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib. Komandalar zirvəni ələ keçirmək uğrunda mübarizə aparıblar. Amma 90 dəqiqə ərzində tərəflərdən heç biri fərqlənə bilməyib və matç qolsuz başa çatıb.

Turun daha iki matçı dünən keçirilib. “Sabah” bu turda “Keşlə”nin qonağı olub. Qonşu pillələrdə qərarlaşan komandaların qarşılaşması maraq doğururdu. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.

“Qarabağ” isə bu tur “Səbail” səfərinə yollanıb. Ağdam təmsilçisi bu oyunda məğlub olmayacağı halda, turnir cədvəlinin şəriksiz lideri olacaqdı. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Ağdam klubunun gücü isə yalnız məğlubiyyətdən xilas olmağa çatıb.

Turun son matçında “Sumqayıt”la “Qəbələ” qarşılaşıb. Qonaqlar bu oyundan minimal hesabla qalib ayrılıblar.

Azərbaycan Premyer Liqası, 11-ci tur

28 noyabr

Neftçi – Zirə 0:0
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. 8-ci km stadionu.

Neftçi: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 2. Cabir Əmirli, 10. Saman Nərimancahan, 13. Prins İbara, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 77. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 3. Ali Sisey, 17. Kayo Rangel, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı
Baş məşqçi: Rəşad Sadıqov

______________________________________________________________________________

29 noyabr

Keşlə – Sabah 1:1
Qol: Kevin Kubemba, 59 – Sezar Meza Kolli, 85.
Qırmızı vərəqə: Con Kamara, 54 (“Keşlə”) .
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASK Arena”.

Keşlə: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 20. Rail Məlikov, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov

Sabah: 12. Alvaro Villete, 15. Ruslan Abışov (k), 4. Bəhlul Mustafazadə, 14. Slavik Alxasov, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 25. Əlirza Müştəbazadə, 8. Elşən Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 60. Abbas Ağazadə, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visento Qomes


Səbail – Qarabağ 1:1
Qol:
A.Yunanov, 57-pen – D.Gerye, 64.
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”.

Səbail: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 34. Urfan Abbasov (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 8. Bəxtiyar Rəhmani, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 6. Orxan Qurbanlı, 99. Bahadur Həziyev, 13. Əli Sadıxov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 9. Xayme Romero. 7. Kvabena Ovusu, 8. Uroş Matiç. 77. Donald Qerye, 81. Kevin Medina. 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev. 27. Toral Bayramov
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov


30 noyabr

Sumqayıt – Qəbələ 0:1
Qol: Rafael Utriq, 16.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Sumqayıt şəhər stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 5. Camaləddin Xocaniyazov, 21. Adəm Həmati, 17. Murad Xaçayev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 27. İsmayıl Babayev, 35. Eldost Qiyasbəyli, 29. Sərvin İsmayılov
Baş məşqçi: Ayxan Abbasov

Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 6. Kamal Mirzəyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button