Monteneqro – Azərbaycan: Təxmini heyətlər açıqlandı

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 3-cü turunda Monteneqro ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, saat 17:00-da start götürəcək qarşılaşmanı ispaniyalı hakim Rikardo de Burgos Benqoeçea idarə edəcək. Monteneqro mətbuatı Podqoritsa şəhər stadionunda keçiriləcək qarşılaşmada hər iki yığmanın təxmini heyətini açıqlayıb:

Monteneqro millisinin təxmini 11-liyi: Milan Miyatoviç, Momkilo Raspopoviç, Marko Simiç, İqor Vuyaçiç, Darko Bulatoviç, Nikola Vukçeviç, Neboyşa Kosoviç, Marko Bakiç, Sead Hakşabanoviç, Stefan Yovetiç, Dino İslamoviç.

Azərbaycan millisinin təxmini 11-liyi: Emil Balayev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov, Qara Qarayev, Elvin Camalov, Maksim Medvedev, Rəhim Sadıxov, Təmkin Xəlilzadə, Ramil Şeydayev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button