“Qarabağ”a ilk məğlubiyyəti “Səbail” yaşatdı, 16 oyunluq seriya qırıldı

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında “Sabah” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Bir neçə gün əvvəl baş məşqçi Ramin Quliyevlə yollarını ayıran “Sabah”ı bu matça İqor Ponomaryov çıxarıb. “Sabah” bu mövsüm çempionatda qələbə qazana bilməmişdi və 1 xalla sonuncu sıradaydı. Amma bu görüş nəhayət ki, “Sabah”ın qələbəsi ilə başa çatıb.

Günün son matçında “Neftçi” doğma meydanda “Zirə”ni qəbul edib. “Ağ-qaralar”ın heyətində Xorxe Korrea zədə səbəbindən bu matçı buraxıb. Bu oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Bazar günü daha bir qarşılaşma keçirilib. “Keşlə” komandası doğma meydanda “Qəbələ”ni qəbul edib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Tura bu gün keçirilən “Səbail” – “Qarabağ” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı bu oyun meydan sahiblərinin gözlənilməz qələbəsiylə yekunlaşıb.

Bu matçda “Qarabağ”ın uğurlu oyunlar seriyasına da son qoyulub. Belə ki, Ağdam klubunun 16 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

Azərbaycan Premyer Liqası, 8-ci tur

23 oktyabr

Sabah – Sumqayıt 3:0
Qol:
T.Fofana, 60; 83. C.Nuriyev, 79.
Qırmızı vərəqə: Murad Xaçayev, 11 (Sumqayıt)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”, 16:00

Sabah: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 7. Petar Skuletiç, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 29. Ceyhun Nuriyev, 70. Təbriz İsazadə, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə
Məşqçi: İlkin Hüseynov

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 74. Yusif Nəbiyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov

Neftçi – Zirə 2:1
Qol: S.M.Kolli, 39. M.Abbasov, 84 – A.Ramazanov, 6.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
8-ci km stadionu, 18:15

Neftçi: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 9. Tyaqo Bezerra, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Suares, 4. Huqo Basto, 14. Romen Bask, 91. Ramon Maçado, 36. Mamadu Kane, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.

Zirə: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 9. Loris Broqno, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov.
Baş məşqçi: Rəşad Sadıqov.

24 oktyabr

Keşlə – Qəbələ 2:3
Qol:
A.Neto, 38. A.Yunanov, 90+7 – R.Renato, 23. A.Məmmədov, 30. İ.Alimi, 59.
Qırmızı vərəqə: S.Vukçeviç, 69.
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Eyyub İbrahimov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”, 16:00

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 77. Merab Qiqauri, 72. Aldair Neto, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 23. Nicat Qurbanov, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 25. Con Kamara, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov
Baş məşqçi: Sənan Qurbanov

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 6. Kamal Mirzəyev, 10. Omar Hani, 9. Fernan Lopes, 77. Emil Səfərov, 88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev

25 oktyabr

Səbail – Qarabağ 3:1
Qol: N.Raysel, 32. M.Abbasov, 42. T.Manafov, 90+1 – K.Borges, 65.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”, 19:00

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.