“Neftçi” xal itirdi, “Qarabağ” fərqi artırdı

Dünən Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilub. Turun açılış matçında “Səbail” doğma meydanda “Keşlə”ni qəbul edib. Görüş “Keşlə”nin 2:1 hesablı qələbəsiylə başa çatıb.

6 turdan sonra 3-cü sırada qərarlaşan “Qəbələ” bu turda “Zirə”nin müqavimətini qırmağa çalışıb. Qarşılaşmada hesabı qonaqlar açsa da, sonda meydan sahibləri bərabərlik qolunu vurublar. Beləcə, bu komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Tura bu gün keçirilən qarşılaşmalarla yekun vurulub. “Qarabağ” “Sabah”ın, “Neftçi” isə “Sumqayıt”ın qonağı olub. “Neftçi” səfərdən 1 xalla dönübsə, “Qarabağ” çətin qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası, 7-ci tur

16 oktyabr

Səbail – Keşlə 1:2
Qol: Rauf Əliyev, 71 – Tərlan Quliyev, 68. Anatole Abanq, 81.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 11. Rauf Əliyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 6. Cabir Əmirli, 8. Elşən Abdullayev, 2. Elton Əlibəyli, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 8. Tural Axundov, 23. Nicat Qurbanov, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 9. Anatole Abanq, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 88. Fuad Bayramov, 95. Rəhman Daşdəmirov, 55. Raul Həsənzadə
Baş məşqçi: Sənan Qurbanov

______________________________________________________________________________________________________________________________

Qəbələ – Zirə 1:1
Qol: Ü.İsgəndərov, 79 – C.Hüseynov, 18.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

Qəbələ: 94. Nicat Mehbalıyev, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 9. Fernan Lopes
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev

Zirə: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov (k)
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 10. Ağabala Ramazanov, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 11. Velves Santos, 13. Ramin Əhmədov
Baş məşqçi: Rəşad Sadıqov

______________________________________________________________________________________________________________________________

17 oktyabr

Sumqayıt – Neftçi 1:1
Qol
: M.Xaçayev, 50 – S.Buqrin, 54.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sumqayıt şəhər stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 25. İlnur Valiev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov

Neftçi: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 36. Mamadu Kane, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov

______________________________________________________________________________________________________________________________

Sabah – Qarabağ 1:2
Qol: A.İsayev, 65 – F.Ozobiç, 44. A.Zubir, 51.
Qırmızı vərəqə: X.S.Rodriqes, 27.
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”

Sabah: 1. Səlahət Ağayev (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodriqes, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 66. Abdulah Xaybulaev.
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustəm Samiqullin, 24. Mixeil Erqemlidze, 7. Petar Şkuletiç, 21. İldar Alekperov, 77. Veysəl Rzayev. 29. Ceyhun Nuriyev, 70. Təbriz İsazadə, 33. Camal Cəfərov, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə.
Baş məşqçi: Ramin Quliyev.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.