Azərbaycan kubokunda püşk atıldı: 1/8 finalın cütləri bilindi

Bu gün Azərbaycan kubokunda 2020/2021-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, 1-ci divizion təmsilçilərindən “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” qatılacaq. 

“Sabah” 1/8 final mərhələsində Gəncənin “Kəpəz”, “Qəbələ” isə Tovuzun “Turan Tovuz” komandasına rəqib olub. “Zirə” bu mərhələdə “Qaradağ Lökbatan”la, “Səbail” “Zaqatala” ilə qarşılaşacaq.

Azərbaycan kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək.

Ötən mövsüm turnir koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırıldığından, kubokun qalibi müəyyənləşdirilməyib.

Azərbaycan kuboku, 1/8 final mərhələsi

Səbail – Zaqatala
Turan Tovuz – Qəbələ
Sabah – Kəpəz
Qaradağ Lökbatan – Zirə

1/4 final mərhələsi

Sumqayıt – Səbail/Zaqatala
Keşlə – Sabah/Kəpəz
Qarabağ – Turan Tovuz/Qəbələ
Neftçi – Qaradağ Lökbatan/Zirə