Kubokun püşkü atıldı: “Qarabağ” üçün ya “Keşlə”, ya da…

Bu gün Azərbaycan kubokunda 2019/2020 mövsümünün püşkü atılıb.

Komanda.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Pemyer Liqanın 8 iştirakçısı və 1-ci divizionun 4 komandası – “Zaqatala”, “Kəpəz”, “Ağsu”, “Qaradağ Lökbatan” rəqiblərini tanıyıb.

Azərbaycan kuboku

Təsnifat mərhələsi

Sabah – Ağsu
Zirə – Qaradağ Lökbatan
Sumqayıt – Zaqatala
Keşlə – Kəpəz

1/4 final

Qəbələ – Sabah/Ağsu cütünün qalibi
Səbail – Zirə/Qaradağ Lökbatan cütünün qalibi
Neftçi – Sumqayıt/Zaqatala cütünün qalibi
Qarabağ – Keşlə/Kəpəz cütünün qalibi

Yarımfinal

1 cütün qalibi – 2 cütün qalibi
3 cütün qalibi – 4 cütün qalibi

Final

5 cütün qalibi – 6 cütün qalibi

Bir oyundan ibarət olacaq təsnifat mərhələsinin görüşləri dekabrın 4-də, iki matçdan ibarət 1/4 finalın oyunları isə dekabrın 15-16-sı və 19-20-də keçiriləcək.